Slimfit
  1. AZƏRBAYCAN

Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları açılacaq

Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları açılacaq
Sakura

Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları açılacaq

Yaxın gələcəkdə Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları vətəndaşların istifadəsinə veriləcək.

Bunu "APA-Economics"ə Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əblhəsənov deyib.

Onun sözlərinə görə, istisna deyil ki, məkanlardan biri bu il, digəri isə gələn ilin əvvəli açılsın.

 "Bununla da ölkə üzrə Əmlak Xidmətləri məkanlarının sayı 3-ə çatacaq. Həmçinin hazırda yeni elektron xidmətlərinin istifadəyə verilməsi də nəzərdə tutulur ki, bu istiqamətdə hazırda işlər aparılır", - deyə R. Əblhəsənov. 

Qeyd edək ki, hazırda Əmlak Xidmətləri Məkanı Bakıda fəaliyyət göstərir. Onun yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər təmin edilib.

Hüseyn Vəliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR