Slimfit
  1. MEDİA

Gəncədə ekologiyanın qorunmasının təbliği məqsədilə layihə həyata keçirilib.

Gəncədə ekologiyanın qorunmasının təbliği məqsədilə layihə həyata keçirilib.
Sakura

Gəncədə ekologiyanın qorunmasının təbliği məqsədilə layihə həyata keçirilib.

Gəncədə ekologiyanın qorunmasının təbliği məqsədilə layihə həyata keçirilib.

Ekologiya sahəsində ixtisaslaşmaq istəyən gənclər üçün təşkil olunan layihə 3 mərhələdən - təlimlər, ağacəkmə aksiyası və ekoçantaların paylanmasından ibarət olub.

22-26 fevral 2023-cü il tarixlərində baş tutan təlimlər mərhələsində layihə iştirakçılarına "Ətraf mühit və ekologiya", "Atmosferin çirklənməsinin ekoloji fəsadları", "Torpaqların deqradasiyası və mühafizəsi", "Biomüxtəlifliyin qorunmasının yolları" mövzularında ətraflı məlumat verilib.

Layihənin ikinci mərhələsi olaraq iştirakçılar 27 fevral tarixində, Gəncə şəhər Heydər Əliyev Park-Kompleksinin ərazisində ağacəkmə aksiyası həyata keçiriblər. Aksiya çərçivəsində ümumilikdə 70 ədəd şam ağacı əkilib. 

28 fevral tarixində keçirilmiş sonuncu mərhələdə isə şəhər əhalisi arasında plastik qabların, polietilen torbaların istifadəsinin azaldılması məqsədi ilə iştirakçılar tərəfindən ekoçantalar paylanılıb. Sakinlərə çoxistifadəlik torbaların üstünlükləri və əhəmiyyəti barədə məlumat verilib.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR