Slimfit
  1. MEDİA

Gəncədə qışa hazırlıq işləri yekunlaşıb

Gəncədə qışa hazırlıq işləri yekunlaşıb
Sakura

Gəncədə qışa hazırlıq işləri yekunlaşıb

Havaların soyuması və qışın yaxınlaşması ilə bağlı Gəncədə hazırlıq işləri yekunlaşıb. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi qarlı havalarda yolların və səkilərin təmizlənməsi üçün texnikalarını saz vəziyyətə gətirib, anbarlara zəruri miqdarda qum və duz ehtiyyatı tədarük olunub.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Elşad Əsgərov bildirib ki, qarlı yollara səpilməsi üçün hazırda anbarlarda 20 ton duz və qum qarışığı saxlanılır. Bununla yanaşı 10 ədəd “MAZ” makralı avtomobil, 4 ədəd qoşqusuz və qoşqulu traktor, 2 ədəd “Amkodor” və 1 ədəd qreyder hazır vəziyyətə gətirilib. 14 Mənzil İstismar İdarəsinin hər birinə yolu və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə qış geyimləri paylanılıb.

Qışa hazırlıq işləri çərçivəsində 260-dək çoxmənzilli binanın tüstü bacaları təmizlənib. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, payız-qış mövsümü ilə bağlı yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün MKTİB-in bütün tabeli təsərrüfatları gücləndirilmiş iş rejimində çalışacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR