Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Gəncədə şəhidimiz dəfn edildi

Gəncədə şəhidimiz dəfn edildi
Sakura

Gəncədə şəhidimiz dəfn edildi

 Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərov dəfn edilib.  

Report"un məlumatına görə, S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Azərbaycanın Milli Bayrağı şəhidin qardaşı Samir Ələsgərova verilib.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun doqquz aylıq oğlu var. 

13:57

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və doqquz aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

11:45

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.

“Report”un məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi keçirilir. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və doqquz aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR