Slimfit
  1. AZƏRBAYCAN

"Gəncədəki "bayraq olayı" xaqın iradəsindən doğmuşdu" - Çingiz Məmmədov

"Gəncədəki "bayraq olayı" xaqın iradəsindən doğmuşdu" - Çingiz Məmmədov
Sakura

"Gəncədəki "bayraq olayı" xaqın iradəsindən doğmuşdu" - Çingiz Məmmədov

“Ens.Az” və “Demokratik.Az” saytlarının birgə təşəbbüsü və əməkdaşlığı çşərçivəsində Cümhuriyyət bayrağının ilk dəfə 1918-ci ildə, eləcə də 72 sonra – 1989-cu ilin noyabrında yenidən Gəncədə qaldırılmasına diqqət çəkilib. 

Saytların mövzu ətrafında apardıqları özəl araşdırmada və hazırladıqları videosüjetdə maraqlı və eksklüziv tarixi bilgilər yer alır. Eləcə də, Gəncə şəhərində 1989-cu ilin noyabrında qeydə alınan şanlı “bayraq olayı”nın canlı şahidlərindən alınan videomüsahibələr tarixi lap bugün kimi danışır. O günləri xatirəyə çevirən fotoşəkildə soldan üçüncü sırada dayanan, Gəncə bayraqdarlarından biri, Məmməd Əmrahovun özü o günü belə xatırlayır:

“Həmin gündən danışanda o günlərə qayıdıram, gəncliyimdəki vətənpərvər hissləri keçirirəm. 1988-ci ildəki noyabr mitinqlərini xatırlayıram ki, soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, Topxana meşəsində ağacların kəsilməsilə xalq hərəkatı oyandı. 1988-ci ildə Gəncədə oyanışın qarşısını almaq üçün rus tankları əhalinin üstünə yeridilirdi. Dirçəliş gününün 1 illiyində, 1989-cu ilin noyabrın 22-də, anım günüdə izdihamlı mitinq qurulmuşdu.

[haber=147150]

Həmin günü silahdaşım Vüqar Musayevlə birlikdə bayrağı götürüb Qarkomun binasının başına çıxdıq. Ordakı bayrağı çıxardıb birtəhər aşağı atdıq. Bayraq mitinqdə çıxış edən mərhum professor Bağır Bağırovun başına düşmüşdü, rəhmətlik də “bu Sovet hökumətinin ölüsündən də adama ziyan gəlir” demişdi. Sonra, o SSRİ bayrağını camaat ayaqladı, biz isə cümhuriyyət bayrağını dalğalandırdıq. Həmin bayraq 3 ay müddətinə yerində qaldı, yanvar qırğında belə...

Mən onda gənc idim, 28 yaşım vardı. Məmmədəmin Rəsulzadə də həmişə deyərdi ki, “Ey gənclik, biz yoxdan bir bayraq yaratdıq, bunu sizə etibar edirik. Bir kərə yüksələn bayraq bir daha enməz!”. Biz 72 il sonra Rəsulzadənin əmanətinə sahib çıxdıq. İndi bu bayrağın Şuşada dalğalanmasını yəqin ki, hər bir vətəndaş çox istərdi...

Mən hamıya minnətdarlığımı bildirirəm, xüsusilə gəncliyimizə inanıram ki, bizi aydınlığa apara biləcəklər. Azərbaycan gəncliyi həmişə öz bayrağına sahib çıxacaq”...

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun da olaylara baxışı maraqlıdır. Həmin gün o da unudulmaz olayı öz gözlərilə görmüşdü:

“Bütün xalqların tarixində olduğu kimi, Azərbaycan tarixində də bayraq məsələsi ən mühüm yerlərdən birini tutur. Bayraq ən mühüm atributlarımızdandır. Ulu Gəncədə bayraq məsələsi...

Dünyanın ən xoşbəxt şəhərlərindən biri Gəncədir ki, o dəfələrlə böyük dövlətlərin paytaxtı olub və Gəncədə böyük dövlətlərin bayrağı qaldırılıbdır. Bu mənada, Gəncəlilər bayraq missiyasını, bayrağı qorumağı həmişə üstün tutublar.

1918-ci ildən Azərbaycan bayrağına olan münasibəti, dəyərini görürük. 1920-ci ildə AXC süqut etdi və Azərbaycan bayrağı da Rəsulzadə ilə mühacirət etmişdi. Lakin, 88-89-cu illərdə meydanda hərəkatlar başlayanda xalqın içərisində bayraqlar əmələ gəlməyə başladı. Deyərlər, “istiqlalın sahibi insan deyil, xaldır!”. O bayraqları xalqın məhəbbəti hazırlayırdı. 

Həmin gün, 1989-cu ilin noyabrın 22-də Vüqar və Məmməd kimi vətənpərvərlər də bayrağı inzibati binanın üzərində qaldırmaları xalqın sevincinə səbəb olmuşdu. Hansı millətin qaldırımış bayrağı varsa, onun hər şeyi var. Yaşasın üçrəngli Azərbaycan bayrağı!...”

 Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri, ehtiyatda olan polis polkovniki Yusif Məmmədov da həmin illərin canlı şahidlərindəndir:

“Ölkələrin, dövlətlərin bayrağı onların onurğa sütunudur. Siz bilirsiniz ki, Gəncə həmişə rus imperializminə qarşı müqavimət göstərib. Sovet hökumətinə qarşı 1988-dən başlayan xalq hərəkatında Gəncəlilər öndə gedirdilər. Tanklar o illərdə şəhərdə şütüyəndə elə oğullarımız var idi ki, gedə-gedə tankın tırtılını açırdılar və tanklar yerində fırlanırdı...

Bəli, bayrağımız bayraqdarlarımızın sayəsində məhz 1989-cu ildə də ilk dəfə Gəncədə dalğalandı...”  - deyə Yusif Məmmədov bildirib.

O illərdə Gəncədə fəaliyyət göstərən "Vətən" qəzetinin baş redaktoru olmuş jurnalist, hazırda BMT-nin inkişaf proqramının baş müşaviri Çingiz Firuddinoğlu Məmmədov isə şanlı hadisələri belə xatırladır. AXC-nin Gəncə şəhəri idarə heyətinin üzvü kimi o günlərə sevindiyini deyir:

“Bugün Azərbaycanın Respublika günü ərəfəsində həmin vacib hadisəni sizinlə bölüşmək istəyirəm. 

O illərdə mitinqlər keçirilirdi, 10 minlərlə insan Gəncədə Qorkom adlanan dövlət binasının qarşısında toplaşardı. Məlumdur ki, o zaman dövlət binalarında SSRİ bayrağı dalğalanırdı. 

O gün meydanda Məmməd adlı gənc fəal bizə yaxınlaşdı və təklif etdi ki, sovet bayrağını çıxarıb yerinə cümhuriyyət bayrağı taxılsın. Beləcə, hamılıqla qərar verildi ki, sovet bayrağının vaxtı bitib və təklif icra olundu. Bir neçə dəqiqədən sonra doğma bayrağımız sovet bayrağının yerində dalğalanırdı. Təəssüf ki, o zaman həmin anın videosu, fotosu çəkilməyib. O hadisədən hamı sevinmişdi.

Məncə, bütün səhvlərinə baxmayaraq, o günlərdə xalqın istəyini, hisslərini bildirən qurum AXC idi. Tarixə o hadisə məhz belə düşməlidir, o qərar AXC-nin və kimlərinsə yox, məhz xalqın qərarı idi... ”. 

Çingiz Məmmədov onu da xatırladıb ki, həmin illərdə AXC-nin  - Azərbaycan Xalq Cəbhəsi Gəncə şöbəsi İdarə Heyyəti aşağıdakı 15 nəfərdən ibarət olub: 1. Yelmar Hüseynov; 2. Mürşüd Məmmədov; 3. Asif Əliyev; 4. Üzeyir Ağayev; 5. Güloğlan Gasımov; 6. Aslan Vəliyev; 7. Sədrəddin İsmaylov; 8. Rasım Mürsəlov; 9. Rüşdü Məmmədov; 10. Əlövsət Qasımov;. 11. Vahid Hümmətov; 12. Əlvan Əliyev; 13. Azər Əliyev; 14. Arıf Cahangirov; 15. Çingiz Məmmədov (Firuddinoğlu) 

Bayraqdar Məmməd Əmrahov, Ədalət Əşrəfov və Aydın Sadıqov isə AXC-nin yerli təşkilatına nəzarət təftiş komissiyasının üzvləri olublar.

Bu tarixi olay həqiqətən bütün Azərbaycan üçün tarixi qürur mənbəyidir.

Mənbə - ENS.AZ və Demokratik.Az 

İnformasiya dəstəyinə görə, jurnalist Maarif Rzayevə də dərin təşəkkürümüzü bildiririk!

1988-ci ildən başlayan xalq hərəkatında və hadisənin canlı şahidlərinin, xüsusilə bayraqdar Məmməd Əmrahovun özünün Ens.az və Demokratik.az saytlarına EKSKLÜZİV müsahibələrini təqdim edirik.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR