Slimfit
  1. İDMAN

Gimnastımız Tokioda qızıl medal qazanıb

Gimnastımız Tokioda qızıl medal qazanıb
Sakura

Gimnastımız Tokioda qızıl medal qazanıb

Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəlib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu dəfə tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov yarışların qızıl medalını qazandı. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi Aleksey, finalda da 62.700 xalla birinciliyi əldən buraxmadı.

Qalibin şərəfinə yeni istifadəyə verilmiş və Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Bu münasibətlə bütün gimnastika ictimaiyyətini təbrik edirik!
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR