Slimfit
  1. MARAQLI

Google ixtiraçısının kəhanətləri

Google ixtiraçısının kəhanətləri
Sakura

Rey Kurtsveyl Google şirkətində bir ixtiraçıdır və mühəndislik şöbəsinin direktoru vəzifəsini daşıyır.…

Futuroloqun kəhanətləri 90 faizlik dəqiqliknən gerçəkləşir: SSRİ-nın süqutu, dünyada internetin inkişafı, kompüterlərin dəqiq oyunlarda qələbə qazanması və robotizasiyanın insan əməyini əvəz edəcəyi.

Bütün bu məlumatlar ixtiraçının öngörmə bacarığını sübut edir və insanlar ekstrasens və astroloqlardan çox Reyin proqnozlarına inanırlar.

Ancaq onun son açıqlaması hər kəsi şoka saldı və texnoloji prosesin daha da inkişaf etdirilməsinin zəruriliyini şübhə altına saldı və bizi bu məsələyə daha ehtiyatlı yanaşmağımızın vacibliyini göstərdi. Konfransların birində Rey bildirib ki, onun təxminlərinə görə 2029-cu ildə süni intellekt insan şuuru ilə eyni səviyəyə çatacaq və heç bir çətinliksiz Tyuring testini keçə biləcək. Üstəlik 2045ci ildə süni intellekt insanlardan daha ağıllı olacaq. İnsan beyninin dəyişikliyi ilə bağlı açıqlamaları dəhşətə gətirir – onun tam mexanikləşdiriləcəyi bildirilir. Dünya kökündən dəyişəcək və bugünkü reallıqla heç bir əlaqəsi olmayacaq. İnsan şuurunun elektron daşıyıcıya yüklənməsi mümkün olacaq və bunun sayəsində artıq vücud sağlamlığı ilə bağlı problemlər və onun ehtiyaclarını ödəmək kimi problemlər nəzərə alınmayacaq. Robotlaşdırılmış beyin artıq klassik (bioloji) tərzdə fəaliyyət göstərməyəcək, ölümcül mühitdən azad olacaq....

Hal-hazırda bu bir fantaziya kimi səslənir və daha çox bir film ssenarizinə bənzəyir. Ancaq Kurtsveyl bir vaxtlar wi-fi-a yer kürəsinin istənilən yerində bağlana biləcəyimiz bildirmişdi və bu xəbəri də heç kəs ciddiyə almamışdı. Bu günlərdə isə İlon Mask siqnalı birbaşa kosmosdan ötürməyə çalışır və o bunu gerçəkləşdirdiyi gün futuroloqun kəhanəti gerçək olacaq. 2029-a az qalıb... Hər şeyin canlı şahidi olacağıq.

Mənbə: https://zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR