Slimfit
  1. ARXİTEKTURA

GÖYÇAY - YERALTI HAMAM

GÖYÇAY - YERALTI HAMAM
Sakura

GÖYÇAY - YERALTI HAMAM

Göyçayda yerləşən "Yeraltı Hamam" Həzrət bəy Ağazadə tərəfindən qızına cehizlik tikdirilib. Hamam ona görə yeraltı adını alıb ki abidənin əsas hissəsi 2 metr dərinlikdədir. Kvadrat şəklində olan tikilinin böyük və kiçik salonu var. Böyük salon qadınlar, kiçik salon isə kişilər üçün olub.

Bundan başqa hamamda bir neçə tək adamlıq otaqlar var. XIX əsrdə tikilmiş "Yeraltı Hamam" abidə kompleksi arxitektur sənətkarlıq baxımından başqa abidələrdən seçilir. Bu hamamın çirkab sularının hansı yolla hara axıdıldığı hələ də sirr olaraq qalır. Hamamın bir özəlliyi də budur ki, qış vaxtı döşəməsi isti olub. Repressiya illərində hamamdan həbsxana kimi istifadə edilib. II dünya müharibəsindən sonra isə hamam pendir sexi kimi fəaliyyət göstərib. Qeyd edək ki, abidə dövlət tərəfindən qorunur. Memarlıq abidəsi ölkə əhəmiyyətli hesab olunsa da, hazırda çox baxımsız vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra memarlıq abidəsinin heç bir fəaliyyəti olmayıb. Göyçay sakinlərinin sözlərinə görə müstəqillik dövründə hamam yalnız bir dəfə təmir olunub. Ölkə əhəmiyyətli hesab olunan bu memarlıq abidəsinə aidiyyəti qurumlar diqqəti tezliklə artırmasalar, onun izi tarixdən birdəfəlik silinəcək.

 

Mənbə: Goychay City Facebook səhifəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR