Slimfit
  1. CƏMİYYƏT

Göyçayda polis aztəminatlı ailələrin övladlarına baş çəkib

Göyçayda polis aztəminatlı ailələrin övladlarına baş çəkib
Sakura

Göyçayda polis aztəminatlı ailələrin övladlarına baş çəkib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər. Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.

 

Mənbə: iqtisadiyyat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR