Slimfit
  1. QADINLAR ÜÇÜN

Gözəllik üçün 6 addım

Gözəllik üçün 6 addım
Sakura

Gözəllik üçün 6 addım

Hər qadın gözəldir, yetər ki baxımlı olsun… Amma necə? Gözəllik salonunun vəziyyəti məlumdur, od bahasıdır! Yaxşı, buna gücü çatmayan qadın necə gözəlləşəcək və ya gözəlliyini qoruyacaq? Bu heç də çətin deyil. Başqa sözlə, 6 addımda qüsursuz gözəlliyə qovuşmaq əlinizdədir…

Tonal kreminizin rəngi çox açıq və ya tünddür?!

O zaman onu atmaq yerinə,yanaqlarınıza və qaş sümüyünüzün üstünə işıqlandırıcı olaraq çəkin. Çox tünddürsə, yanaqları çuxurlaşdırmaq, geniş burnu incə, çənəni kiçik göstərmək üçün kölgələndirici olaraq istifadə edin. Ya da başqa tonal kremlə qarışdıraraq uyğun ton yaradın.

Toz pudra istədiyiniz rəngdə çıxmadı?

Çox açıq rəngdədirsə işıqlandırıcı olaraq, çox tünd rəngdədirsə kölgələri konturlamaq üçün istifadə edin. Ya da başqa bir rənglə qarışdıraraq uyğun rəngi tapın.

Tünd rəng toz pudraların rəngi, uşaq pudrasıyla tonlaşdırın.

Eyeliner istifadə edin.

Göz kölgənizin rəngi tünddür? Eyeliner olaraq istifadə edin. Toz və açıq rəngsə, eyni rəngin daha tünd bir tonu ilə qarışdıraraq işıqlandırıcı olaraq çəkin… Ya da iki rəngi qarışdıraraq yeni bir rəng əldə edə bilərsiniz…

Birdən çox funksiyası olan gözəllik vəsaitləri, ödənən pula dəyərlər. Məsələn qəhvə rəngi bir qələmlə həm qaşlarınızı boyaya bilər, göz qələmi və ya açıq ten olaraq istifadə edə bilər, xüsusən də dodaqlarınıza kontur olaraq istifadə edə bilərsiniz.

Dodaq boyanız sürtülməyəcək qədər kiçildisə, qabı tamamilə boşalana qədər boyanı bir fırça ilə götürüb istifadə edə bilərsiniz.

Plastik qablar içindəki vəsait çıxarılmayacaq hala gəlincə, qabı kəsərək açın. İçində nə qədər çox vəsait qaldığını görəndə çaşacaqsınız.

Bədən təmizliyi üçün

Təmizləyiciniz bitdimi? Yulaf əzməsi və eyni miqdarda bal, ya da pudra şəkəri və zeytunyağı qarışdıraraq üzünüz üçün istifadə edə bilərsiniz…

Bədəniniz üçün sərt dəniz duzu və qarğıdalı yağını məcun halına gətirin…

Saçlarınız matlaşdı, solğun görünür?

Sirkə, tünd rəng saçlarda möcüzələr yaradır. Limon da sarı saçlara canlı bir parlaqlıq verir.

Gözləriniz yorğundur?

Bir çay qaşığı alma rəndəsini, xiyar, ya da kartof dilimlərini iki tənzifin arasına qoyaraq gözlərinin üzərinə yerləşdirin. 10 dəqiqə sonra özünüzü çox yaxşı hiss edəcəksiniz.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR