Slimfit
  1. MARAQLI

Gözün qarşısında şəffaf obyektlər necə yaranır?

Gözün qarşısında şəffaf obyektlər necə yaranır?
Sakura

Gözün qarşısında şəffaf obyektlər necə yaranır?

Siz nə vaxtsa qəribə şəffaf obyektlərin gözünüz qarşısında havada üzməsini hiss edibsinizmi? İlan, xromosom, toz hissəciyi və ya şəffaf dairələri xatırladır. Baxışı ona fokuslayanda isə dərhal itir. Mən məsələni anlamağa qərar verdim və aydın oldu ki, o göründüyü qədər zərərsiz deyil - bəzən bu həkimə müraciət etmək üçün əsasdır. Beləliklə, gəlin hər şeyi aydınlaşdıraq.

Uşaqlıqda mən onları çox görürdüm və mənə elə gəlirdi ki, bu bakteriyalardır ki, hansısa müəmmalı optik effetin nəticəsində qəfil böyüyür.  Onlar doğrudan da oxşayır - onların əksəriyyəti uzun formaya malikdir və hərəkət edirlər.

Amma reallıq xeyli asandır. Bu hadisə elmə uçan həşəratlar - və ya latında muscae volitante kimi məlumdur. Həşəratlara eyni formalı səthə, xüsusilə ağ səthə baxarkən yaxşıca görünür.

Adətən onların ortaya çıxması gözün şüşəyəbənzər cismində olan problemlərlə əlaqədardır. Şüşəyəbənzər cism - torlu qişa ilə büllurun arasında gözün zolağını dolduran maddədir.  O tamamilə şəffafdır.

Belə həşərat “yağışı” artıq anomaliyadır.

Bəzən şüşəyəbənzər cismin lifləri bir-birinə toxunur və bu da belə qəribə fiqurların yaranmasına gətirib çıxarır. Əslində bu sadəcə zülalın hissələridir. Normal halda onlar vaxtaşırı yaranır, amma uzun müddət çəkmir. Mən dediyim kimi, xüsusilə əgər siz parlaq eyni səthə baxırsınızsa.

Bəs nə vaxt həkimə müraciət etmək lazımdır

Gəlin bu əlamətin qorxulu simptom olmasını və nə zaman həkimə müraciət etmək lazım olduğunu aydınlaşdıraq.

İntensivlik. Əgər həşəratlar tez-tez yaranırsa və görməyə mane olursa, bu həkimə müraciət etmək üçün ciddi əsasdır. Bu, şüşəyəbənzər cismin konsistensiyasında olan ciddi pozğunluq zamanı baş verir. Çox vaxt bu yaşlandıqda 40 yaşdan sonra baş verir və görmə ilə bağlı problemlərə gətirib çıxara bilər. Həşəratların intensivliyi həmçinin təzyiqlə problemlər olduqda və ya diabetdə artır.

Rəng. İkinci problem qızılı rəngdə həşəratların yaranmasıdır. Bu xolesterin mübadiləsi pozulduqda baş verir.

İldırımlar. Əlamət artıq kəskinləşdikdə ildırım çaxmasını xatırladır - dərhal həkimə getmək lazımdır. Adətən bu əlamət laylara bölünməsindən xəbər verir ki, bununla xəstə tamamilə görmədən məhrum ola bilər.

Unutmayın, əsas xəstəliyi başlayanda qarşısını almaqdır ki, hər şeyi yerinə qoymaq olar!

 

Mənbə: Populyarnaya nauka

 

[haber=1570]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR