Slimfit
  1. TƏBİƏT

Günəbaxan

Günəbaxan
Sakura

Günəbaxan - günəbaxan cinsinə aid bitki növü.

Adi günəbaxan (lat. Helianthus annuus) - günəbaxan cinsinə aid bitki növü.

Hündürlüyü 1-2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc - ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir.

Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir.

Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir.

Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından istifadə edilir. Günəbaxan çox qiymətli bitkidir. Onun əsil vətəni Amerikadır. Hazırda o, dünyanın çox ölkələrində becərilir.

Qeyd etmək lazımdır ki, günəbaxan kimi əla keyfiyyətli piyli yağa malik bitki çox azdır. Buna görə də o, dünyanın kənd təsərrüfatında xüsusi yer tutur və böyük şöhrət qazanıb.

Günəbaxanın toxumlarında 40-50 %-ə qədər əla keyfiyyətli piyli yağ vardır. Bu yağı onun toxumlarını xüsusi press altında saxlamaqla alırlar. Həmin məqsəd üçün bitkinin meyvələri tamam yetişəndə toplanır, qabıq hissələrdən toxumları çıxarılıb təmizlənir, sonra press altında sıxılaraq yağı çıxarırlar. Bu qayda üzrə alınmış günəbaxan yağı açıq - sarı rəngdə, maye halda, xaşagələn ətirli iyə və dada malik olur.

Günəbaxan yağından əsasən yeyinti sənayesində istifadə edilir. Bundan başqa, o təbabətdə bir çox məlməh dərmanlarının tərkibinə qatılır, xüsusilə revmatizm əleyhinə işlənən məlhəmlərin, o cümlədən onlardan daha geniş istifadə olunan bat-bat məlhəminin tərkibində işlədilir.

Günəbaxan bitkisindən təbabətdə də istifadə etmək məqsədəuyğundur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR