Slimfit
  1. DÜNYA

Gürcüstan Ermənistanla sərhədi açmayacaq

Gürcüstan Ermənistanla sərhədi açmayacaq
Sakura

Gürcüstan Ermənistanla sərhədi açmayacaq

“Gürcüstan Ermənistan da daxil olmaqla, koronavirusun yüksək yayılma səviyyəsi olduğu ölkələrdən olan turistlər üçün sərhədlərini aça bilməyəcək”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Pirveli” telekanalının efirində bildirib.

Onun sözlərində görə, Gürcüstan ilk növbədə “yaşıl” ölkələrdən turistlər qəbul edəcək: “Minimal risk olan ölkələrlə ikitərəfli sazişlər rəsmiləşdiriləcək. Həmçinin turistin Gürcüstana səfərdən öncə keçməli olduğu müəyyən prosedurlar da hazırlanır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. Qonşu ölkə ilk mərhələdə İsrail, Avstriya, Çexiya və Ukrayna ilə qarşılıqlı turist səfərləri üçün “təhlükəsiz dəhlizlər” yaratmaq niyyətindədir. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR