Ens.az
9 dekabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
20 YANVAR ŞƏHİDLƏRİ

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edilib

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı rayonlarında 20 Yanvar faciəsində şəhid olan, əslən Gürcüstandan olan azərbaycanlıların xatirəsi yad edilib.

"Report"”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri Marneuli, Bolnisi, Qardabani və Saqarecorayonlarında yaşayan şəhid ailələrinə baş çəkiblər.

AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov, təşkilatın İdarə Heyətinin üzvü Sübhan Sarıyev şəhidlərin yaxınlarına başsağlığı verərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.

Ailələrdə ehsan süfrələri ətrafında səmimi söhbət zamanı şəhidlər yad olunub, onların ruhuna dualar oxunub. Təşkilatın nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.

Təşkilat adından şəhidlərin yaxınlarına ərzaq yardımları paylanılıb. Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan beş azərbaycanlı – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, Vəfadar Eminov və İlqar Əhmədov da var. Şəhidlərin 4-ü Bakıda, Şəhidlər Xiyabanında, İ.Əhmədov isə doğulduğu Bolnisi rayonunun Faxralı kəndində dəfn olunub. 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X