Slimfit
  1. DÜNYA

Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu

Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu
Sakura
:0

Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu

Gürcüstanda mayın 22-ə keçən gecə fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olunub.

Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, Tbilisidə insanlar bir-birini hərəkət məhdudiyyətinin aradan qaldırılması münasibətilə təbrik edib.

Ölkə tarixinin ən uzun və sərt komendant saatı 53 gün davam edib. Burada fövqəladə vəziyyət martın 21-də, komendant saatı isə martın 31-də tətbiq edilib. Hər iki rejim mayın 23-də ləğv edilib.

Mağazalar əvvəlki iş rejiminə qayıdıb, 70 yaşdan yuxarı şəxslərə evdən çıxmağa, eləcə də avtomobildə 3 nəfərdən artıq şəxsin olmasına icazə verilib. Bununla belə, bəzi məhdudiyyətlər qüvvədə qalacaq. Belə ki, qapalı məkanlarda maskasız olmaq qadağan edilir, həmçinin insanlar bir-birindən 2 metr məsafədə dayanmalıdır.

Bu günədək Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb, 509 nəfər sağalıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR