Slimfit
  1. BİOQRAFİYA

Hacı Əliyev

Hacı Əliyev
Sakura

Hacı Əliyev — Azərbaycanlı sərbəst güləşçi.

Hacı Azər oğlu Əliyev (d. 21 aprel 1991; Naxçıvan, Azərbaycan SSR) — Azərbaycanlı sərbəst güləşçi. 2010-cu ildən Azərbaycan yığmasında çıxış edir. Hacı Əliyev 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.

Hacı Əliyev 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. O, həmdə 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

 

Həyatı

Hacı Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Hacı Əliyev 1999-cu ildə Elman Əzimzadəninrəhbərliyi altında güləşlə məşğul olmağa başladı. 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb. Hacı Əliyev azərbaycan və rus dillərində danışır.

Hacı Əliyevin böyük qardaşı Yaşar Əliyevdə sərbəst güləşlə məşğul olur. Yaşar Əliyev 2013-cü ildə Avropa Çempionatında bürünc medal qazanıb.

Hacı Əliyev 2014-cü ildə ailə həyatı qurub. 2015-ci ildə isə onun Aişə adında qız övladı dünyaya gəlib.

 

Karyerası

Erkən karyerası

Hacı Əliyev karyerasında birinci yarışına 2008-ci ilin may ayında Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmələr arasında "Qələbə Kuboku" turnirinə qatıldı. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev turnirin bürünc medalını qazandı.

Bu uğurdan sonra Hacı Əliyev növbəti nailiyyətini Latviyanın Dauqavpils şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında qazandı. 54 kiloqram çəki dərəcəsində yarışan 17 yaşlı Hacı Əliyev finala gədər bütün rəqiblərini inamla məğlub etsədə, həlledici görüşdə Gürcüstanlı Vladimir Xinçeqaşviliyə uduzdu və Avropa Çempionatının gümüş medalına layiq görüldü. 25 iyulda Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədov Hacı Əliyevdə daxil olmağla, yeniyetmələr arasında Avropa Çempionatında medal qazanan güləşçiləri qəbul etdi. Hacı Əliyev 2008-ci ildə son yarışına Türkiyənin İstanbul şəhərində qatıldı. "Prezident turniri"-ndə mübarizə aparan Hacı Əliyev medalçılar sırasına düşə bilmədi.

2009-cu ildə Hacı Əliyev birinci uğurunu fevral ayında baş tutan gənclər arasında Azərbaycan Çempionatında qazandı. 60 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Hacı Əliyev finalda Ağahüseyn Muradova məğlub oldu və yarışın gümüş medalına sahib oldu. Mart ayında isə Hacı Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq turnirə qatıldı və yarışı 5-ci yerdə başa vurdu.

Hacı Əliyev 2009-cu ildə növbəti nailiyyətlərini daxili yarışlarda imza atdı. O, oktyabr ayında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqibləri üzərində qələbə qazandı və yarışın çempionu oldu. Dekabr ayında isə Hacı Əliyev böyüklər arasında birinci uğuruna imza atdı. O, Azərbaycan Kubokunda bütün rəqiblərini məğlub etdi və turnirin qalibi oldu.

 


2010—2012

2009-cu ildə Azərbaycan Kubokuna sahib olan 18 yaşlı Hacı Əliyev Azərbaycan yığmasına dəvət olundu. O, 2010-cu ildə birinci yarışına Rusiya Federasiyasının Krasnoyarsk şəhərində keçirilən iki qat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunan Qran-Pri turnirinə qatıldı. Həmin yarışlarda Hacı Əliyev medalçılar sırasına düşə bilmədi. Fevral ayında Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə də qüvvəsini sınayan Hacı Əliyev yenə medalçılar sırasında düşə bilmədi.

 

2010 Avropa Çempionatı

Aprel ayında isə Hacı Əliyev karyerasında birinci dəfə Avropa Çempionatında qüvvəsini sınadı. Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşdı. Həmin görüşün birinci hissəsində o, məğlub olsada (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesablı qələbə qazandı və növbəti mərhələyə vəsiqə qazandı. Bu mərhələdə Moldova pəhləvanı Andrey Perpelita ilə üz-üzə gələn Hacı Əliyev gərgin görüşün sonunda rəqibinə məğlub oldu (4:5, 1:0, 0:5) və Avropa Çempionatını 8-ci yerdə başa vurdu.

Avropa Çempionatından sonra Hacı Əliyev daha bir ciddi yarışda mübarizə apardı. O, Azərbaycanın məhrum Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan III Qızıl Qran-Pri beynəlxalq turnirində birinci görüşdəcə məğlub oldu və yarışı 17-ci pillədə başa vurdu.

Əsas yarışlarda uğursuz çıxış edən Hacı Əliyev 2010-cu ilin sonlarında iki turnirin qalibi oldu. Noyabr ayında o, Bakı şəhərində keçirilən "Hünər meydanı" turnirində, dekabr ayında isə Gəncə şəhərində İsax Cəfərovun xatirəsinə həsr olunan turnirdə bütün rəqiblərini məğlub etdi və yarışların qızıl medallarını qazandı.

2011-ci il 20 yaşlı Hacı Əliyev üçün digər illərlə müqayisədə uğurlu alındı. Hacı Əliyevin ilin əvvəlində, fevral ayında Bolqarıstanın Burqas şəhərində baş tutan "Dan Kolov və Nikola Petrov" Memorialında 8-ci yeri tutdu. Aprel ayında isə Hacı Əliyev yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq yarışın finalında Toğrul Əsgərova uduzdu və turnirin gümüş medalına layiq görüldü.

May ayında Hacı Əliyev Dağıstanın Mahaçqala şəhərində keçirilən Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvəsini sınadı. Həmin yarışlarda Hacı Əliyev medalçılar sırasına düşə bilmədi. İyun ayında isə Hacı Əliyev karyerasında daha bir ciddi uğura imza atdı. O, Serbiyanın Zrenyanin şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında finala gədər Macarıstan güləşçisi Jozef Molnarı (3:0, 7:0) və Gürcüstan pəhləvanı Tenqiz Çoçişvilini (1:0, 1:0) məğlub etsədə, həlledici qarşılaşmada Türkiyəli Ömər Uzana gərgin görüşün sonunda uduzdu (0:1, 2:0 və 0:1) və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Oktyabr ayında Hacı Əliyev ilin sonuncu yarışına qatıldı. O, Çeçenistanln paytaxtı Qroznı şəhərində keçirilən və Prezident Ramzan Kadırov xatirəsinə həsr olunan beynəlxalq "Ramzan Kadırov Kuboku" turnirində mübarizə apardı. Hacı Əliyev bu yarışlarda iki qat Avropa çempionu, Rusiya güləşçisi Opan Satı və digər Rusiya pəhləvanı Albert Kairçanovu məğlub etdi və finala adladı. Həlledici görüşdə isə Hacı Əliyev Rusiyalı Əhməd Çakayevə uduzdu və "Ramzan Kadırov Kuboku" turnirinin gümüş medalına sahib oldu.

 


2013—2016

2013 Avropa Çempionatı

Kazan Universiadası

2013 Dünya Çempionatı

2014 Avropa Çempionatı

I Avropa Oyunları

2015 Dünya Çempionatı

 
Hacı Əliyev

2016 Avropa Çempionatı

Rio-de-Janeyro Olimpiadası

Hacı Əliyev 2016-cı ildə əsas yarışına Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarıçərçivəsində qatıldı. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə Cənubi Koreya güləşçisi Yun Jun-Sik ilə qarşılaşdı. Həmin görüşdə Əliyev 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazandı. 1/4 final mərhələsində isə Hacı Əliyev Gürcüstan pəhləvanı, Dünya və Avropa çempionu, London Olimpiadasının gümüş medalçısı Vladimir Xinçeqaşvili ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsində Əliyev 3:5 hesabı ilə rəqibinə uduzdu. Amma Xinçeqaşvili finala vəsiqə qazandıqından Hacı Əliyev təsəlliverici qrupda mübarizə apardı. Əliyev birinci görüşdə Qazaxıstannümayəndəsi Nurislam Sanayev ilə qarşılaşdı. Bərabər səviyyədə baş tutan görüşdən Hacı Əliyev qələbə ilə ayrıldı, 10:8 və həlledici görüşə vəsiqə qazandı. Bu görüşdə Əliyev Bolqarıstan güləşçisi Vladimir Dubovla üz-üzə gəldi. Hacı Əliyev görüş boyu Dubovdan üstün təsir bağışlayaraq 5:4 hesabı ilə görüşün qalibi oldu və Rio-de-Janeyro Olimpiadasının bürünc medalını qazandı.

 


2017—2020-ci illər

Fevralın 8-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərinin adları açıqlandı. 13 səfir sırasında iki dəfə Dünya çempionu olan Hacı Əliyevdə yer aldı. Fevralın 15-i isə İranın Kermanşah şəhərində baş tutacaq Dünya Kuboku üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti müəyyən oldu. Yığmanın baş məşqçisi Firdovsi Umudov 65 kiloqram çəki dərəcəsində Hacı Əliyevə və Məhəmməd Müslümova etimad göstərdi. Azərbaycan yığması turnirin "A" qrupunda mübarizə aparadı və birinci görüşdə Rusiya güləşçiləri ilə qarşılaşdı. Həmin qarşılaşmada Hacı Əliyev Rusiyalı Avropa çempionu Alan Qoqayevi 2:1 hesabı ilə məğlub etdi. Ümumi görüş 4:4 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə görə Azərbaycan yığması qələbə qazandı. Növbəti qarşılaşmada Gürcüstan yığması ilə üz-üzə gələn Azərbaycan güləşçiləri 5:3 hesablı qələbə qazandı. Görüşdə İveriko Julakidze ilə qarşılaşan Hacı Əliyev 12:0 hesablı asan qələbə qazandı. Sonuncu, üçüncü turda Hacı Əliyev Birləşmiş Ştatların nümayəndəsi Frank Molinaro üzərində 4:1 hesabı ilə qələbə qazansa da, Azərbaycan yığması rəqiblərinə məğlub oldu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.

 

IV İslam Həmrəyliyi Oyunları

Hacı Əliyev


Uğurları
Sıra İl Yarış Şəhər Nəticə
1.
2008 "Qələbə Kuboku" turniri Flag of Turkey.svg Antalya
3.
2.
Yeniyetmələrin Avropa Çempionatı Flag of Latvia.svg Dauqavpils
2.
3.
2009 Gənclərin Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı
2.
4.
Gənclərin "Əliyar Əliyev" Memorialı Flag of Azerbaijan.svg Bakı
1.
5.
Azərbaycan Kuboku Flag of Azerbaijan.svg Bakı
1.
6.
2010 Avropa Çempionatı Flag of Azerbaijan.svg Bakı
8.
7.
"Qızıl Qran-Pri" turniri Flag of Azerbaijan.svg Bakı
17.
8.
"Hünər meydanı" turniri Flag of Azerbaijan.svg Bakı
1.
9.
"İsax Cəfərov" Memorialı Flag of Azerbaijan.svg Gəncə
1.
10.
2011 "Dan Kolov və Nikola Petrov" Memorialı Flag of Bulgaria.svg Burqas
8.
11.
AGF Kuboku Flag of Azerbaijan.svg Bakı
2.
12.
Yeniyetmələrin Avropa Çempionatı Flag of Serbia.svg Zrenyanin
2.
13.
"Ramzan Kadırov Kuboku Flag of Russia.svg Qroznı
2.
14.
2012 "Kiyev" turniri Flag of Ukraine.svg Kiyev
3.
15.
2012 Dünya Kuboku Flag of Azerbaijan.svg Bakı
2.
16.
2012 "Almaniya Qran-Prisi" turniri Flag of Germany.svg Dortmund
3.
 
Dövlət təltifləri
 
Azərbaycan Prezidenti İlham Əliyev və Hacı Əliyev
  • Tərəqqi medalı - lent (2013).png "Tərəqqi" medalı (29 iyun 2015) — I Avropa Oyunlarında qazandığı bürünc medala görə.
  • "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu (1 sentyabr 2016) — XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.

 

Fərdi mükafatları
  • Gənclər və İdman Nazirliyinin versiyasına görə 2014-cü il "İlin ən yaxşıları" mükafatı.
  • Gənclər və İdman Nazirliyinin versiyasına görə 2015-ci il "İlin ən yaxşıları" mükafatı.
  • Gənclər və İdman Nazirliyinin versiyasına görə 2016-cı il "İlin ən yaxşıları" mükafatı.

 

Görüşlərinin siyahısı
Sıra Tarix Rəqib Hesab Yarış Şəhər Qeyd
1
14-04-2010 Flag of Germany.svg Tim Şleyxer 6:2 2010 Avropa Çempionatı Bakı, Azərbaycan 1/8 final mərhələsi
2
14-04-2010 Flag of Moldova.svg Andrey Perpelita 5:10 2010 Avropa Çempionatı Bakı, Azərbaycan 1/4 final mərhələsi
3
20-03-2013 Flag of Hungary.svg Jozsef Molnar 9:0 2013 Avropa Çempionatı Tbilisi, Gürcüstan 1/8 final mərhələsi
4
20-03-2013 Flag of Georgia.svg Vladimir Xinçeqaşvili 7:6 2013 Avropa Çempionatı Tbilisi, Gürcüstan 1/4 final mərhələsi
5
17-09-2013 Flag of Iran.svg Məsud İsmayılpur 7:9 2013 Dünya Çempionatı Budapeşt, Macarıstan 1/16 final mərhələsi
1
09-09-2014 Flag of Ukraine.svg Vasil Şuptar 14:2 2014 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/16 final mərhələsi
2
09-09-2014 Flag of Poland.svg Krzisztof Bienkovski 10:0 2014 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/8 final mərhələsi
3
09-09-2014 Flag of Moldova.svg Andrey Perpelita 11:0 2014 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/4 final mərhələsi
4
09-09-2014 Flag of Cuba.svg Yovlis Bonne 4:2 2014 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/2 final mərhələsi
5
09-09-2014 Flag of Iran.svg Məsud İsmayılpur 12:7 2014 Dünya Çempionatı Daşkənd, Özbəkistan qızıl medal qazandı
6
11-09-2015 Flag of Moldova.svg Andrey Perpelita 11:2 2015 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/8 final mərhələsi
7
11-09-2015 Flag of Japan.svg Masakazu Kamoy 6:2 2015 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/4 final mərhələsi
8
11-09-2015 Flag of Bulgaria.svg Vladimir Dubov 6:2 2015 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/2 final mərhələsi
9
11-09-2015 Flag of Mongolia.svg Batboldin Nomin 10:0 2015 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar qızıl medal qazandı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR