Slimfit
  1. İDMAN

Hacı Əliyev dünya çempionatı ilə vidalaşıb, millinin 3 güləşçisi 1/8 finala vəsiqə qazanıb

Hacı Əliyev dünya çempionatı ilə vidalaşıb, millinin 3 güləşçisi 1/8 finala vəsiqə qazanıb
Sakura

Hacı Əliyev dünya çempionatı ilə vidalaşıb, millinin 3 güləşçisi 1/8 finala vəsiqə qazanıb

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/16 final görüşünə çıxıb.

 "Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi türkiyəli 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Söner Demirtaş olub.

Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 5:2.

Hacıyevin 1/8 finaldakı rəqibi ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı, özbəkistanlı Bekzod Abdurahmonov olacaq.


10:56***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. İlk yarıda Otoquro 4:2 hesabı ilə önə çıxıb. 

Fasilədən sonra azərbaycanlı 3 qat dünya və 3 qat Avropa çempionu fərqi aradan qaldıra bilməyib. O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.


10:13***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev ilk görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin təsnifat mərhələsindəki rəqibi hindistanlı dünya çempionu Suşil Kumar olub. 

Görüş azərbaycanlı pəhləvanın əzmkar qələbəsi ilə yekunlaşıb - 11:9. Hacıyevin 1/16 finaldakı rəqibi türkiyəli 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Söner Demirtaş olacaq.

Digər sərbəst güləşçi Cəmaləddin Məhəmmədov ilk görüşdə qalib gəlib. 125 kq çəki dərəcəsində yer alan yığma üzvü təsnifat mərhələsində belaruslu Vitali Pesnyakı üstələyib - 9:1. Onun 1/8 finaldakı rəqibi almaniyalı Nik Matuhin olacaq.


09:30***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.

 

Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub.

Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Bürünc medal qazanmaq üçün isə 3 rəqibi üstələmək lazımdır. Onun növbəti təsəlliverici görüşdə rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Digər sərbəst güləşçi Ağahüseyn Mustafayev isə ilk görüşünə çıxıb.

70 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi türkiyəli Haydar Yavuz olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 10:6.

Mustafayevin 1/8 final mərhələsindəki rəqibi bruneyli Adam Batırov olacaq.


09:16***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov  təsəlliverici görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 57 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi monqolustanlı Bexbayar Erdenebat olub. İlk yarıda 4 xallıq fəndlə Erdenabat 4:1 hesablı üstünlük əldə edib. İkinci hissədə azərbaycanlı pəhləvan xalları bərabərləşdirsə də, məhz texniki fənd hesabına rəqibi mərhələ adlayıb. Mustafayev isə dünya çempionatı ilə medal və lisenziyasız vidalaşıb.


09:04***

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışacaq. 

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqsa, qalanları mübarizəyə qoşulacaq.

Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlarının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirəcək.

Ardından Ağahüseyn Mustafayev 70 kq çəkidə təsnifat mərhələsinin görüşünə çıxacaq. Rəqib türkiyəli Haydar Yavuz olacaq.

Daha sonra Hacı Əliyev 65 kq çəkidəki ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni sınağa çəkəcək.

74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarla qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, ilk görüşündə belaruslu Vitali Pesnyakla üz-üzə gələcək.

92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edəcək. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub.

Mustafayev və Zubairov qeyi-olimpiya, qalanları isə olimpiya çəkilərində yarışacaqlar. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya son təsəlliverici - bürünc medal görüşünədək irəliləmək lazımdır.

Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.



Dünya çempionatı
20 sentyabr

70 kq
Təsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)

74 kq
Təsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan)

92 kq
1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)

125 kq
Təsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus)

57 kq
Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)

65 kq
Təsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR