Slimfit
  1. İDMAN

Hacı Əliyev medalsız qaldı: `Onunla üz-üzə gəlsəm...`

Hacı Əliyev medalsız qaldı: `Onunla üz-üzə gəlsəm...`
Sakura

Hacı Əliyev medalsız qaldı: `Onunla üz-üzə gəlsəm...`

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal qazana bilməyib.

Olimpiya mükafatçımız bürünc medal üçün qatıldığı ikinci təsəlliverici görüşdə yaponiyalı Takuto Otoquroya uduzub – 9:11.

Bununla da Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməyib.

Yarışma sonrası 3 qat Dünya çempionu jurnalistə verdiyi açıqlamasında ötən gün hakimlər tərəfindən qarşılaşdığı haqsızlıqdan dolayı növbəti döyüşlərə psixoloji olaraq hazırlıqlı olmadığını vurğulayıb: 

“Görüşlərə psixoloji hazır deyildim. Dünən yaşananları başımdan ata bilmirdim. Nə qədər çalışsam da, ata bilmədim”.

65 kq çəkidə çıxış edən üçqat dünya və Avropa çempionu olimpiadaya qədər gücünü saxlayacağını söyləyib: “Misirli rəqibimə nəzərən yaponiyalı güclü idi. Son saniyələrdə nə qədər çalışsam da, alınmadı. Rusiyalı ilə görüşdəki türkü mən erməni kimi görürəm. Onun etdiyi şərəfsizlikdi. Bunun başqa adı yoxdur. Hücumu edən mən, amma 4 xal əvəzinə rəqibə xal verir. Artıq qazandığımı əldə etmişəm. Onunla üz-üzə gəlsəm, vuraram. Hər şeyin bitən yeri var. Mən də gec-tez bitirməliyəm. Amma həvəsdən düşmürəm, olimpiadaya qədər gücümü saxlayacam. Ruhdan düşməyəcəyəm. Gələn il lisenziya turnirlərindən birinə qatılıb lisenziyanı qazanmağa çalışacağam”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR