Slimfit
  1. İDMAN

Hacı ilk təsəlliverici görüşdə qalib gəldi

Hacı ilk təsəlliverici görüşdə qalib gəldi
Sakura

Hacı ilk təsəlliverici görüşdə qalib gəldi

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təmsilçimiz, sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

Qafqazinfo” xəbər verir ki, H.Əliyev Misir təmsilçisi Amr Reda Ramadan Husseniyə qarşı görüşdə irəli çıxıb. İdmançımız 4:0 hesabı ilə irəlidə olan zaman rəqib zədələnib və hakimlərin oyunu yarıçmıq saxlaması ilə Hacı Əliyev qalib elan olunub. Təmsilçimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşə çıxmalıdır. Bürünc medal uğrunda isə onun növbəti rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Hacıdan fərqli olaraq, Mahir Əmiraslanov təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub. 

Xatırladaq ki, ötən gün Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər, idmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR