1. BİOQRAFİYA

Hacı Kərim Sanılı

Hacı Kərim Sanılı

Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev - Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi,…

Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev (1878, Qazax qəzasının Çaylı-Kəsəmən kəndi-1937)- Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.

Hacı Kərim Sanılı kəndli ailəsində doğulmuşdur. Mollaxanada oxumuş (1886-93), Qori Müəllimlər Seminariyasını bitirmişdir (1898). Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində (1898-1902), Gəncə şəhər rus-müsəlman məktəbində (1902-1904), Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində (1905-18) müdir işləmişdir.

 

Yaradıcılığı

1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difahi" partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-35), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim (1933-36), Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.

Hacı Kərim Sanılı bədii yaradıcılıqla məşğul olmuş, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemaların, "Canavarlar hökuməti" mənzum satirik əsərinin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.

1937-ci ildə repressiyaya məruz qalmışdır

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR