Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Cabbarxan Hacıağayev İlham oğlu

Doğum tarixi : 4 avqust 1996 Vəfat tarixi: 2 aprel 2016 (19 yaşında)

470 Baxış
Cabbarxan Hacıağayev İlham oğlu

Cabbarxan İlham oğlu Hacıağayev (d. 4 avqust 1996; Bakı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Cabbarxan Hacıağayev 1996-cı il 4 avqustda Bakı şəhərində anadan olub.

Hərbi xidməti

Əsgər Cabbarxan Hacıağayev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-də isə Cabbarxan Hacıağayev, doğulduğu Bakı şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cabbarxan Hacıağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X