25 sentyabr 2018, çərşənbə axşamı
.
28
Ağcabədi
.
chevron_left chevron_right
Azərbaycan

Hacıqabulda “Qafqaz Türk-İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı mərasim keçirilib

Hacıqabulda “Qafqaz Türk-İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı mərasim keçirilib

43 Baxış
Hacıqabulda “Qafqaz Türk-İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı mərasim keçirilib

Hacıqabul rayonundakı Heydər ƏliyevMərkəzində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə çıxış edən natiqlər həmin dövrdə Şamaxı qəzasında yerləşən Hacıqabul ərazisində erməni vəhşiliklərinə sinə gərən Azərbaycan türkləri ilə yanaşı Türk əsgərlərinin də şəhid olduqlarını qeyd ediblər. Arxiv sənədlərindən məlum olur ki, 1918-ci ilin yazında erməni qırğın və talanları zamanı erməni cəlladları Hacıqabulun Navahı, Rəncbər, Qubalıbalaoğlan, Abdulabad, Padar, Meyniman, Talış, Şorbaçı və Paşalı - ümumilikdə 17 yaşayış məntəqəsində vəhşiliklər törədiblər. Erməni vəhşilikləri nəticəsində təkcə Navahı kəndində 955 nəfər kənd sakinini qətlə yetirilib. Onlardan 260-ı qadın, 140-ı uşaq olub. Qubalıbalaoğlan kəndində isə 535 nəfər sakin qətlə yetirilib, evlər talan edilib, yandırılıb, mal-qara oğurlanıb və tələf edilib.

Qırğınlar zamanı Hacıqabul rayonunda 1972 nəfər vəhşicəsinə öldürülüb, 2 minə yaxın ev yandırılıb, 17 min iribuynuzlu, 105 min xırda buynuzlu heyvan qarət edilərək ermənilər tərəfindən mənimsənilib.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun köməyi ilə qırğınların qarşısı alınıb. Azərbaycan və Türk əsgərlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı və digər əyalətlərdə ermənilərdən ibarət olan daşnak-bolşevik dəstələri geri otuzdurulub.

 

Tədbir başa çatdıqdan sonra rayonun Qubalıbaloğlan kəndində erməni vəhşiləri ilə vuruşaraq qəhrəmancasına həlak olan Azərbaycan və Türk əsgərlərinin məzarları ziyarət olunub, şəhidlərin şərəfinə ucaldılan abidə önünə gül dəstələri qoyulub. Gənclər Türk şəhidliyinə yürüş ediblər.

VİDEO QALEREYA
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

adscode X