Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Hacıyev Mübariz Məhəmməd oğlu

Hacıyev Mübariz Məhəmməd oğlu
Sakura

Hacıyev Mübariz Məhəmməd oğlu - "20 Yanvar Şəhidi"

Mübariz Hacıyev (azərb. Hacıyev Mübariz Məhəmməd oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Mübariz Hacıyev 1952-cı ilin 11 mart tarixində Ucar rayonunda anadan olub. 5 nömrəli taksimotor parkında sürücü işləmişdir. 19-u yanvar gecəsi XI Qızıl Ordu meydanında sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən yaralanmışdır. O, hadisə yerindən sürünə-sürünə respublika xəstəxanasının həyətinə qədər getmişdir. Pəncərədən xəstələr onu görmüş və gəlib aparmışlar. Xeyli qan itirən xəstəyə qan vurulmuş, lakin bunun da köməyi olmamışdır. Dörd oğlu yadigar qalıb. Şəhidlər xiyabanında dəfn edilib.

 

Ünvan

Bu ünvanda yaşamışdır: Bakı, M.A. Əliyev küçəsi, döngə 17, ev 2, mənzil 3.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR