Ens.az
17 sentyabr 2019, çərşənbə axşamı
.
chevron_left chevron_right
BİOQRAFİYA

Hafiz Şirazi

Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi - XIV əsr İran şairi və sufisi

Hafiz Şirazi

Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez.Tam adı Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar.

 

Həyatı

Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310-1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında biruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub. Bir neçə ildən sonra Hafiz Şiraza qayıdıb və yaradıcılğına davam edib.

Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir. Şair dünyanı tez-tez "viranə" bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır. Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə – divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil (onların sayının 573-994 arasında olması ehtimal edilir).

Mərhum xanəndə, xalq artisti Hacıbaba Hüseynov, Hafiz Şirazinin məşhur qəzəlinə, 20-ci əsrin 70-ci illərində təxmis yazıb, qəzetlərdə dərc olunub, dəfələrlə radioda səsləndirilib.

 

 

Qəzəlləri


VİDEO QALEREYA
1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X