Slimfit
  1. PSİXOLOGİYA

Hansı fiziki özəlliklər kişiləri qadınlar üçün cəlbedici edir?

Hansı fiziki özəlliklər kişiləri qadınlar üçün cəlbedici edir?
Sakura

Hansı fiziki özəlliklər kişiləri qadınlar üçün cəlbedici edir?

Bir qadını fiziki cəhətdən cəlb edən şeylər aşağıdakılardır:

1) Boy-buxun

Qadınları bəstəboylulara nəzərən hündür boylu kişilər daha çox cəlb edir, çünki bu, onlara psixoloji cəhətdən qorunma hiss verir. Söz yox ki, hündür olmayanların da, qadınları cəlb etmək şansı az deyil. Xarici görünüşünüzdən əlavə hansısa şəkildə qadının təhlükəsizlik ehtiyacını təmin edə bildiyiniz anda o sizə bağlanacaq.

2) Enli çiyinlər

Qadınlar, geniş əzələləri olan kişilərə elə də əhəmiyyət vermirlər, lakin cəsarətli görünən kişilər fiziki cəhətdən onları daha çox cəlb edir. Bu o deməkdir ki, nisbətən geniş çiyinlər, dar bel və nisbətən əzələli bir bədən kişini qadınlar üçün daha cəlbedici edir.

3) Qadınları cəlb edən üz cizgiləri

Daha çox testosteronun olmasını göstərən üz xüsusiyyətləri qadınları fiziki cəhətdən cəlb edir. Geniş çənə, çıxıntılı yanaq sümükləri və cəsarətli, kişiyana göstərən digər üz xüsusiyyətləri qadınları fiziki cəhətdən cəlb edir.

Hələ də qadınları fiziki cəhətdən cəlb edə bilərsiniz

Əgər bunların heç biri yoxdursa, yenə şansınız var?

Bəli, yaxşı olan budur ki, hələ də qadınları cəlb edə bilərsiniz.

Ümumi cəlbedicilik fiziki görüşlərə əlavə olaraq, sosial vəziyyət, status, tanışlıq, mədəni amillər, həyəcan faktorları və fiziki yaxınlıq kimi bir çox amillər əsasında hesablanır.

Bəli, qadınlar üçün fiziki cəlbedicilik vacibdir, ancaq çatışmayan faktorları kompensasiya etmək üçün istifadə edə biləcəyiniz bir çox amil var.

Mənbə: SUBBOTIN FIT

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR