Slimfit
  1. MARAQLI

“Harri Potter” dən öyrəniləcək 5 marketinq dərsi

“Harri Potter” dən öyrəniləcək 5 marketinq dərsi
Sakura

“Harri Potter” dən öyrəniləcək 5 marketinq dərsi

“Harri Potter” silsiləsi əvvəl kitabları ilə daha sonra isə filmləri ilə bütün dünyanın diqqətini çəkməyə və milyonlarla insanı öz sehirli dünyasında birləşdirməyə nail oldu. Hələ də hər ötən gün yeni azarkeşlər qazanır və Hogwarts ailəsi daha da böyüyür.

“Harri Potter” dünyası möhtəşəm qurğusu ilə hər yaşdan insanlara yeni şeylər öyrədə biləcək potensiala sahibdir. Filmlər və romanlar silsiləsi həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır. Biz də “Harri Potter” – dən öyrənə biləcəyimiz marketinq dərslərini sizinlə bölüşmək istədik.

1. Düzgün əlaqələr yaradın

Bəli, baş qəhrəmanımız Harri Potter ağıllı və cəsurdur. Həmişə etdiyi seçimlərin nəticəsinda qazanıb. Ən doğru seçimləri isə qurduğu dostluqlar və əlaqələr idi. Əksər hallarda əgər ətrafındakı insanlar olmasaydı, məqsədindən daşınar və ya böyük bir girdabın içinə çəkilə bilərdi. Harri, hələ filmlər silsiləsinin ilk seriyasında “seçici şlyapa” – nın yanına getməzdən əvvəl pilləkənlərdə Malfoy ilə söhbət zamanı “Çox sağol, ancaq dostlarımı özüm seçə bilərəm” deyib Ron ilə dost olmağı seçməsəydi, bütün həyatı dəyişərdi. O, həmişə doğru insanlarla dostluq etdi və doğru insanlarla əlaqə yaratdı. Hermione və Dobbie ilə və həmçinin digər bir çox insanlarla qurduğu dostluq əlaqələri onun həyatını dəfələrlə xilas etmişdir.

Harri kimi doğru əlaqələr qura bilmək həm şəxsi həyatınız, həm də iş həyatınız üçün olduqca əhəmiyyətlidir. Müvəqqəti və saxta dostluqlar qurmaqdansa, əsl və güclü əlaqələr yaradaraq bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz.

2. Ağıllı olmaq tək başına kifayət etmir

Düzdür, Harri ağıllı bir uşaq olsa da, hər kəs yəgin ki filmlər silsiləsinin ən ağıllı obrazının Hermione olması ilə razılaşar. Harmione olmasaydı Harri çoxdan ölmüş olardı və ya bir çox problemi güman ki həll edə bilməzdi. Ancaq Hermionenin “Harri Potter və Fəlsəfə Daşı” – da dediyi kimi; “Kitablar və ağıl! Lakin daha mühüm şeylər var, dostluq və cəsarət.”

Ağıllı olmaq böyük bir üstünlük olsa da, ondan düzgün istifadə etmək lazımdır. Özünüzü inkişaf etdirməyiniz və ağlınızı doğru istiqamətə yönəltməyiniz mütləqdir. Hər kəsin ağlına müəyyən fikirlər gələ bilər və bu yaradıcı təfəkkürün nəticə ola bilər, ancaq bu fikirləri həyata keçirmək üçün başqa vacib xüsusiyyətlərə də sahib olmalısınız.

3. Həmişə cəsarətli olun

Bəzən etməli olduğunuz yeganə şey sadəcə “etmək” – dir. Harrini digər obrazlardan fərqləndirən cəhət ehtimal ki, onun cəsarətidir. Harri heç vaxt qorxmadı. Bu bəzən sizə çox dəlisov görünə bilər, ancaq cəsarətli olub addım atmaq daha sonra etmədikləriniz üçün peşmanlıq hissi çəkməyinizdən daha yaxşıdır.

Doğru olduğuna inandığınız şeylər üçün əsla geri addım atmayın. Yeniliklərdən qorxmayın və başlamaqdan çəkinməyin. Sadəcə hər şeyi düzgün etdiyinizdən əmin olun. Cəsarət, hər zaman təqdir edilən və mükafatlandırılan bir xüsusiyyətdir.

4. Qərəzli olmayın

Qərəz və Harri Potter deyildikdə təbii ki, ilk ağla Professor Sneyp gəlir. Çox uzun bir müddət Harri Potter sevənlər onun sərt, qəddar və pis insan olduğuna inandı. Həm çox sərt görünürdü, həm də çox sərt rəftar edirdi. Ancaq əslində isə həmişə Harrini qoruyurmuş...

Yəni, siz də həm şəxsi həyatınızda həm də iş dünyasında insanları tanımamış onlara qərəzli yanaşmayın. Qərəzli mühakimə yürütməkdən qaçının və real olana yönəlin. Hər şey həmişə göründüyü kimi olmaya bilər. Dəqiqliklə araşdırın və sonra qərar verin.

5. Hər zaman ciddi olmayın

Düzdür, ciddiyət iş dünyası üçün mühüm amildir. Nəticə etibarilə ciddi bir işlə məşğulsunuz və sizin də ciddi olduğunuzu nümayiş etdirməyiniz lazımdır. Ancaq bu heç vaxt gülməyəcəyiniz və əsla əylənməyəcəyiniz demək deyildir. Əksinə bəzən gülmək və başqalarının əhvalını yüksəltmək motivasiyanı və işin keyfiyyətini artıracaqdır.

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR