Slimfit
  1. KOSMOS

“Hayabusa-2” kosmik zondu asteroidin səthinə enmə əməliyyatını təxirə salıb

“Hayabusa-2” kosmik zondu asteroidin səthinə enmə əməliyyatını təxirə salıb
Sakura

“Hayabusa-2” kosmik zondu asteroidin səthinə enmə əməliyyatını təxirə salıb

Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinin səthinə yaxınlaşa bilməyib.

AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Tədqiq Agentliyinə (JAXA) istinadla xəbər verir ki, zond asteroidin səthinə 50 metr məsafədə yaxınlaşıb. Bu zaman onun Ryuqu asteroidinə növbəti eniş üçün səmt yerini müəyyən edəcəyi planlaşdırılırdı.

Xatırladaq ki, “Hayabusa-2” apreldə asteroidə metal obyektdən atəş açaraq, onun səthində on metr diametrində krater əmələ gətirib. JAXA süxur nümunələri götürmək üçün zondu kraterin daxilinə və ya yaxınlığına endirməyi planlaşdırır.

Mayın 16-da zond asteroidə yaxınlaşaraq kəşfiyyat aparmalı və 10 metr hündürlükdən eniş yerinə təyinedici işarə atmalı idi.

Lakin agentliyin nümayəndələri bildiriblər ki, asteroidə 50 metr məsafədə yaxınlaşan zond avtomatik şəkildə əməliyyatı dayandırıb. Bundan sonra “Hayabusa-2” öz daimi yerinə, asteroidin səthindən 20 kilometr hündürlüyə qayıdıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR