Slimfit
  1. CƏMİYYƏT

Hazırda plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT

Hazırda plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT
Sakura

Hazırda plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT

Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

"Ens.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin yaydığı birgə müraciətdə qeyd olunub.

Müraciətdə bildirilir ki, son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Məlumata görə, hazırda Səhiyyə Nazirliyində yaradılan Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.

"Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq", - müraciətdə qeyd olunub.

Xatırladaq ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR