Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Hazırlıq qruplarında təhsil ödənişli olacaq

Hazırlıq qruplarında təhsil ödənişli olacaq
Sakura

Hazırlıq qruplarında təhsil ödənişli olacaq

Təhsil Naziri Ceyhun Bayramov  bildirdi ki,  hazırlıq qruplarının  təşkil edilməsi  üçün ali təhsil müəssisələrinə  abituriyentlər tərəfindən  müraciətlər  olunmalıdır.

Atv.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər. Hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun verilməsinə gəlincə nazir bildirdi ki, qanunvericiliyə əsasən, belə bir norma yoxdur. Hazırlıq qruplarında isə təhsil ödənişli olacaq.

Ceyhun Bayramov- Təhsil naziri : “Təhsil haqqı ilə bağlı olaraq hazırlıq qrupları ilə bağlı təhsil haqqı mövzusu dövlət tərəfindən tənzimlənmir. Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR