Slimfit
  1. CƏMİYYƏT

Həcc ziyarəti niyə bahalaşdı? - QMİ

Həcc ziyarəti niyə bahalaşdı? - QMİ
Sakura

Həcc ziyarəti niyə bahalaşdı? - QMİ

Həcc ziyarətinin qiymətlərinə təsir edən bir çox amil var.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Həcc ziyarəti qiymətlərinin bahalaşması haqda danışarkən deyib. O bildirib ki, ziyarətlə bağlı yayılmış bu xəbərlər rəsmi deyil:

“Məsələ ilə bağlı rəsmi məlumat növbəti günlərdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Ümumilikdə hər il qiymətlərdə dəyişiklik ola bilir. Qiymətlərə təsir edən ən önəmli səbəb isə Səudiyyə Ərəbistanı tərəfi ilə Azərbaycan tərəfinin razılaşmasıdır. Zəvvarların daşınması, onların qalma yerlərinin təminatı, həcc zamanı təhlükəsizliklərinin təmin olunması və s. nüanslar qiymətlərə təsir edir”.

Qeyd edək ki, ötən gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Ziyarətin qiymətinin ötən ilə (ötən il 4285 dollar idi) nisbətdə 205 dollar bahalaşdığı və 4490 dollar olduğu bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR