Slimfit
  1. AZƏRBAYCAN

Həkim uroloq Elza Binnətova Gəncədə pulsuz müayinələr aparıb

Həkim uroloq Elza Binnətova Gəncədə pulsuz müayinələr aparıb
Sakura

Həkim uroloq Elza Binnətova Gəncədə pulsuz müayinələr aparıb

Gəncədə uroloq Elza Binnətova tərəfindən qadın urologiyasına dair elmi konfrans təşkil olunub. Konfransda qadın urologiyasında olan yeniliklər və digər məsələlər müzakirə edilib. Həmçinin həkim uroloq tərəfindən Gəncədə pulsuz müaiyənələr aparılıb.

 

Elza Binnətovanın sözlərinə görə, bu sahə ilə məşğul olmağına səbəb, qadınların kişi uroloqlarına öz problemlərini deyə bilməməsidir. 

Elza Binnətova – həkim uroloq: “Qadın urologiyası son 20 ildə inkişaf etməyə başlayıb və bu sahənin bəzi elmi hissələrində hələ də boşluqlar var. Qadın urologiyası ilə bağlı bölgələrdə təlimlər, maarifləndirici tədbirlər təşkil etməyimizin əsas səbəblərindən biri də məhz budur. Qadın urologiyası daha çox sidik saxlamamazlığı, uroginekoloji problemlərlər, yəni sallanmalarla məşğul olan sahədir. Azərbaycanda fəaliyyət göstərən uroloqlar əks cinsin nümayəndələri olduqları üçün qadınlarımız öz problemləri ilə bağlı əsasən ginekoloqlara müraciət edirlər. Lakin aydın məsələdir ki, bu tək ginekologiya mütəxəssislərinin sahəsi deyil”.

Gəncədə təşkil olunan elmi konfransda şəhərdə fəaliyyət göstərən ginekoloq və uroloqlar iştirak ediblər. Konfrans zamanı qeyd olunan sahə ilə bağlı maarifləndirici söhbət və  təcrübə mübadiləsi aparılıb. Həkim uroloq Elza Binnətova tərəfindən Gəncədə pulsuz müayinələr də təşkil olunub.

Elza Binnətova – həkim uroloq: “Bunu silsilə şəkildə davam etdirmək istəyirik. Gələcəkdə belə aksiyaların ölkəmizin bütün bölgələrində keçirilməsini planlaşdırırq”.

Elza Binnətova maarifləndirici xarakter daşıyan bu tip konfrans və aksiyaların olduqca əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, bu tip tədbirlərin köməkliyi ilə insanlar qadın urologiyasının nə olduğu, qadınların hansı problemləri ilə məşğul olduğu barədə maariflənmiş olurlar.

Qeyd edək ki, Binnətova Elza Yusif qızı Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirərək urologiya üzrə ixtisaslaşıb. 2010-cu ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində qadın urologiyası üzrə təhsil alıb. Hazırda Respublika Klinik Xəstəxanası və “Modern Hospital” klinikasında  çalışır. O, qadın urologiyası ilə yanaşı urologiyanın bütün sahələri ilə aktiv məşğuldur. 2014-cü ildən elmi araşdırmaları davam etdirmək üçün Azərbaycan Tibb Universitetinin doktoranturasına qəbul olub. Doktorantura zamanı məşğul olduğu sahə qadınlarda Vesicovaginal fistulalar olub. Qadınlarda ginekoloji əməliyyatlardan sonra yaranan problemləri, məsələn sidik kisəsinin sallanması və uşaqlıq yollarında yaranan problemlərin aradan qaldırılması ilə məşğuldur.

Bildirək ki, aksiya haqqında məlumatları “Qadın urologiyası” adı altında  facebook və instaqram səhifəsindən ala bilərsiniz.

Əlaqə nömrəsi

+994506339303

 

 
 
 
 
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR