Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlərdən vətəndaşlara ciddi xəbərdarlıq: Real və potensial təhlükə var

Həkimlərdən vətəndaşlara ciddi xəbərdarlıq: Real və potensial təhlükə var
Sakura

İstifadə etdiyimiz təamların texniki standartlara nə dərəcədə uyğun olması sual altındadır

Son zamanlar insanlar sağlam qidalanmağa çalışsalar da, ağız dadının qurbanına çevrilirlər. İnsanların çoxu, xüsusən də azərbaycanlılar xəmirdən hazırlanmış xörəklərlə yanaşı qızardılmış qidaları da zövqlə yeyirlər.

Ancaq həkimlər, diyetoloqlar insanları qızardılmış qidalardan mümkün qədər uzaq olmağa çağırırlar. Bildirirlər ki, mütəmadi olaraq sözügedən xörəklərlə qidalanmaq mədədə bir çox xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər, xüsusilə bitki mənşəli yağlarla qızardılmış qidaların daha zərərli olduğunu qeyd edirlər. Vurğulayırlar ki, bitki mənşəli yağlarla bişirilən qidalardan çox istifadə mədə xərçənginə səbəb ola bilər.

Sputnik Azərbaycan məsələnin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını yerli həkimlərdən öyrənməyə çalışıb. Həkim Rasif Bağırov deyib ki, bitki yağlarından istifadə heç də ziyanlı deyil, əksinə xeyirlidir.

"Doymamış yağ turşuları orqanizmdə yüksək xolesterinlə bağlı problem yaratmadığı üçün daha xeyirli yağdır. A, E, K, C vitaminləri yalnız kərə yağında olduğu üçün vaxtaşırı və ya səhərlər bu yağdan az da olsa istifadə etmək lazımdır ki, orqanizmdə həmin vitaminlərin çatışmazlığı yaranmasın" — deyən R.Bağırov vurğulayıb ki, əgər bitki yağı hansısa kimyəvi maddəlin qarışığı şəklində hazırlanırsa, bu zaman həmin yağın tərkibində xərçəng əmələ gətirən maddələrin miqdarı çoxalır.

"Qızartma zamanı qida məhsulu yüksək temperaturda bişirsə, tərkibində zərərli maddələr yaranır. Sulu qidalarda isə zərərli maddələr çox olmur. Amma qızartmalarda odla birbaşa təmasda olduğu üçün qidada xüsusi maddələr əmələ gəlir. Bu, orqanizmdə xərçəng xəstəliyi yarada bilər" — deyə ekspert əlavə edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, vacib olan yağın mənşəyi deyil, ekoloji cəhətdən təmiz olmasıdır: "Bitki yağlarının insan orqanizmi üçün əhəmiyyəti var. Ancaq heyvan mənşəli yağlardan tamamilə imtina etmək olmaz. Nəzərə alaq ki, bizim babalarımız kərə yağı ilə qidalanıb və uzun illər yaşayıblar. Deməli, heyvan mənşəli yağlar heç də zərərli yağ deyil".

"Sadəcə heyvan mənşəli yağların kalorisi çox olduğuna görə bu yağlarla qidalanan insanlar daha çox fiziki hərəkət etməlidirlər ki, qəbul etdikləri yağ enerjiyə çevrilib bədəndən çıxsın. Əks halda həmin yağlar depoda yığılır və həmin insanlarda artıq çəki yaranır" – A.Qeybulla əlavə edib.

 

Professor onu da vurğulayıb ki, mənşəyindən asılı olmayaraq, yağlardan bir dəfə istifadə etmək lazımdır, təkrar istifadə etmək yolverilməzdir: "Bitki yağlarından düzgün istifadə olunmazsa, bir çox xəstəliklərə səbəb ola bilər. "Fasfood" qidalar hazırlanarkən eyni yağdan məhz bir neçə dəfə istifadə etdikləri və çox qaynatdıqları üçün daha çox ziyanlıdır".

Həkimlərin cavablarından sonra narahatlıq doğuran digər bir sual meydana çıxır: Görəsən, istifadə etdiyimiz bitki yağlarının tərkibində sözügedən vitaminlər varmı, ümumiyyət aldığımız yağlar həqiqətən də bitki mənşəlidirmi? Adiq Qeybulla bu suala cavabında qeyd edib ki, hazırda istifadə etdiyimiz bitki yağlarının texniki standartlara nə dərəcədə uyğun olması hələ sual altında qalan məsələdir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR