Slimfit
  1. MEDİA

Hərbi ekspert: 'Rusiyalılar faşizmin qəhrəmanlaşdılmasını qınadığına görə İlham Əliyevə minnətdardırlar'

Hərbi ekspert: 'Rusiyalılar faşizmin qəhrəmanlaşdılmasını qınadığına görə İlham Əliyevə minnətdardırlar'
Sakura

Hərbi ekspert: 'Rusiyalılar faşizmin qəhrəmanlaşdılmasını qınadığına görə İlham Əliyevə minnətdardırlar'

Rusiyalı jurnalist və hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "Report"un Rusiya bürosuna verdiyi müsahibədə Ermənistanın faşist cinayətkarlarını qəhrəmanlaşdırması, Azərbaycanın tarixi həqiqətləri müdafiə etməsi barədə danışıb və Prezident İlham Əliyevə Rusiyanı dəstəklədiyinə görə təşəkkür edib.

- İqor Yuryeviç, Ermənistanın baş naziri Nikol Paşinyan Qaregin Njdeni SSRİ xarici işlər naziri Vyaçeslav Molotov və yazıçı Aleksandr Soljenitsın ilə müqayisə edib. Buna münasibətiniz necədir?

- Ermənistan baş naziri Nikol Paşinyan nasist cinayətkarı Qaregin Njdeni qorumaq üçün onu Vyaçeslav Molotov kimi görkəmli sovet siyasətçisi ilə müqayisə etməyə çalışdığı zaman tarixi saxtalaşdırma ilə məşğul olur. Paşinyanın arqumenti Molotov-Ribbentrop paktı barədə dəfələrlə eşitdiyimiz hücumlara uyğundur. Xatırladım ki, bu pakt Avropada müharibənin və Almaniyanın Sovet İttifaqına daha əvvəldən hücum etməsinin qarşısını almaq məqsədi daşıyırdı. SSRİ bu müqaviləni Hitler Almaniyasına qarşı Avropada kollektiv müdafiə sistemi yaratmaq cəhdinin, ilk növbədə Fransa və Böyük Britaniyanın hakim dairələrinin mövqeyinə görə, uğursuz olmasından sonra imzalamışdı. İndi elə çıxır ki, Paşinyan satqınını qorumaq üçün antisovet, anti-Rusiya həmlələri edir. Bir daha təsdiqləmək istəyirəm ki, Rusiyadakı mövcud reallıqlar baxımından Qaregin Njde müharibə illərində Sovet İttifaqı ərazisində terror aktları, təxribat və qətllər həyata keçirmək üçün Qırmızı Ordunun arxa cəbhəsində diversantlar hazırlayan nasist cinayətkarıdır. Qaregin Njde Hitlerin birbaşa havadırıdır, buna görə də onu təmizə çıxarmaq üçün edilən cəhdlər, xüsusən də Ermənistanın ən yüksək vəzifəli şəxsi tərəfindən, əxlaqsızlıq və cinayətdir. Deyə bilərəm ki, Qaregin Njde də digər xainlər kimi asılacaqdı. Məsələn, 1941-ci ildə Moskvanın müdafiəsində də hərbi xidmətləri olan general Vlasov Hitlerlə əməkdaşlıq etdiyinə görə dövlət cinayətkarı elan edildi və Sovet hərbi tribunalının əmri ilə tutularaq asıldı. Njdeni də eyni aqibət gözləyirdi. Njde yalnız ona hökm oxunarkən Sovet İttifaqında ölüm cəzasına moratorium tətbiq olunduğuna görə 25 il həbs cəzası aldı və asılmaqdan qurtuldu.

- Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistanda Njdenin abidəsinin sökülməsinin tərəfdarı olduğunu vurğulayıb. Cənab Prezidentin çıxışlarını necə qiymətləndirirsiniz?

- Tarixi həqiqətləri qoruduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk. Azərbaycan postsovet məkanında hər zaman Rusiya ilə eyni mövqedən çıxış edən və faşizm havadarlarının qəhrəmanlığını qınayan az sayda ölkələrdən biridir. Ermənistan isə faktiki olaraq bu cür qəhrəmanlığın dövlət siyasəti kultuna qaldırıldığı Baltikyanı ölkələrin səviyyəsinə düşüb. KTMT və MDB üzvü üçün Ermənistan hökuməti tərəfindən belə mövqe tamamilə qəbuledilməzdir. Bu baxımdan İlham Əliyev tarixi həqiqətləri dəstəkləyir. Düşünürəm ki, Rusiyada Böyük Vətən Müharibəsinin onminlərlə iştirakçısı postsovet məkanında nasist cinayətkarlarının qəhrəmanlığının yolverilməzliyini qiymətləndirməkdə aydın, qəti və ədalətli mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirir.

- Bəs Rusiyanın özündə, daha dəqiq desək, Armavirdəki Njde xatirə lövhəsi haqqında nə deyə bilərsiniz?

- Armavirdə nasist cinayətkarının şərəfinə xatirə lövhəsi qoyulması tamamilə qəbuledilməz vəziyyət idi. Bu, Rusiya ictimaiyyətinin qəzəbinə səbəb olmuşdu. Armavir deputatlarından birinin bu lövhəni boya ilə rəngləməsi ilə məsələ yenidən gündəmə gəldi. Məncə, o, layiqli vətəndaş addımı atıb. Ruslar, ukraynalılar, azərbaycanlılar, belaruslar o dövrdə ümumi vətənimizi qorumaq üçün, qələbə uğrunda həyatlarını qurban veriblər və bu gün kimliyindən, millətindən asılı olmayaraq, Njde kimi faşist cinayətkarları qəhrəmanlaşdırmağa çalışdıqda, bu, Üçüncü Reyxin həyata keçirdiyi siyasətə birbaşa havadarlıq kimi qəbul olunur. Faşist havadarları olan satqınlara bəraət qazandırılması ortaq həqiqətimizi, ümumi böyük qələbəmizi qorumaq baxımından qəbuledilməzdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR