Slimfit
  1. HƏRB

Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb

Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb
Sakura

Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb

Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları başa çatıb. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar iki mərhələdə ərazidə səmti müəyyənetmə bacarıqlarını sınayıb, idmançılar fərdi birincilik uğrunda mübarizə aparıblar.

"N" hərbi hissədə keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə çıxıblar.

Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, əsgər Pərvanə Heydərova ikinci, əsgər Nilufər Tarverdiyeva və əsgər Məryəm Ziyadxanova üçüncü yerə layiq görülüblər. Kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kapitan Adıköklü Xudeynatov ikinci və çavuş Nurlan Nəzərov üçüncü yerləri qazanıblar.

Yarışın qaliblərinə fəxri fərman, kubok və medallar təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR