Slimfit
  1. TEXNOLOGİYA

Hindistan kosmosa ayaqsız qadın robotu göndərəcək

Hindistan kosmosa ayaqsız qadın robotu göndərəcək
Sakura

Hindistan kosmosa ayaqsız qadın robotu göndərəcək

Ens.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Voymmitra adı verilən ayaqsız robot təqdim edib. Onun bu ilin sonunda pilotsuz bir missiyanın tərkib hissəsi olaraq kosmosa göndərilməsi nəzərdə tutulur.

Robotun iki dildə danışdığı, bəzi vəziyyətlərdə insan kimi davrana bildiyi, ətrafdakı nəzarət və həyatı dəstəkləmə sistemləri ilə qarşılıqlı əlaqədə olduğu bildirilir. Voymmitra-nın tərtibçiləri onu insanla müqayisə edirlər, çünki eyni hərəkətləri etmək iqtidarındadır. Artıq Twitter-də robotun videosu da yayılıb.

Üzdən qadına bənzəyir, ancaq qalan bədən hissələri qorxuncdur.

Voymmitra Gaganyan gəmisində kosmosa uçacaq. Uçuş 2020-ci ilin dekabrına planlaşdırılıb. Gələcəkdə robot astronavtların yoldaşı ola biləcək. Tərtiçıləri ayaqları olmadığına görə onu yarım insan da adlandırırlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR