Slimfit
  1. AZƏRBAYCAN

“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”

“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”
Sakura

“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”

Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa büdcə müzakirələrinin parlamentdə keçirilmə proseduruna irad bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, o xatırladıb ki, ötən ilin büdcə müzakirələrində hökumətin ayrı-ayrı üzvlərinin öz sahələri haqda büdcə təsnifatı ilə əlaqədar məlumat verməyi barədə təklif verib: “Hesab edirəm ki, Azərbaycanın yeni Baş Naziri də yerində olan savadlı bir insandır. Amma bizdə belə bir qəribə vəziyyət yaranıb ki, bəzən hökumət üzvlərinin yerinə deputatlar cavab verir. Hətta bəzən deputat həmkarlarımızdan bizə iradlar da bildirilir ki, bu fikri bildirmək olmaz. Ancaq dünya parlamentlərində belə qayda yoxdur. 

Ən azı Türkiyə və Fransa parlamentlərində gedən büdcə müzakirələrinə baxın. Burada da əsas məqsəd odur ki, bütün yük Maliyyə Nazirliyinin üzərinə düşmür. Həmçinin, başqa nazirliklər də parlamentdə qarşısında büdcə məsuliyyətini daha çox hiss edirlər. Ona görə də bu məsələlərdə diqqətli olmanızı xahiş edərdim”.

Günel Türksoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR