Slimfit
  1. TEXNOLOGİYA

Honor 10 - gənclər üçün ideal smartfon

Honor 10 - gənclər üçün ideal smartfon
Sakura

Honor 10 - gənclər üçün ideal smartfon

Ens.az xəbər verir ki, Honor 10 EISA Avropa Assosiasiyasının fikrincə “ən yaxşı lifestyle-smarton” və “hətta ən tələbkar gənc istifadəçilər üçün ideal cihaz” kimi tanındı. Smartfonun üstünlükləri arasında jüri intellektual fotoçəkiliş sistemini, səhnənin süni intellektin köməyi ilə 500 müxtəlif vəziyyətdə ayarlanmasının qabaqcıl imkanlarını və cihazın xarici görünüşünü seçib. İstehsalçı həmçinin bildirib ki, smartfonun xarici görünüşü üzərində Paris dizayn mərkəzi çalışıb və EISA mükafatını şərh edib. 

“Bu hesabla Honor-un EISA-dan aldığı üçüncü mükafat oldu.  “Ən yaxşı  EISA 2018-2019 lifestyle-smartonu” adı ondan xəbər verir ki, Honor brendi bütün dünya üzrə gənc insanların ürəklərini və ağıllarını fəth etməyi bacarıb, - Honor-un prezidenti Corc Çjao bildirib. - Honor 10 özündə satış rekordlarını qıran inanılmaz populyar flaqman smartfonunu əks etdirir”.

Buraxıldıqdan sonra üç ay ərzində üç milyondan çox Honor 10 satılmışdır. Bu vaxt ərzində qadcet 10 müxtəlif mükafat əldə edib.

“Smartfon artıq sektorun müxtəlif KİV-ləri tərəfindən “Android Headline redaksiya seçimi” və Wired versiyasına əsasən “Orta qiymət kateqoriyasında ən yaxşı smartfon” mükafatları da daxil olmaqla 10-dan çox mükafat əldə edib.  O, həmçinin Tech Radar versiyasına əsasən 2018-ci ilin ən yaxşı smartfonu, Android Central versiyasına əsasən 400 dollara qədər ən yaxşı smartfon, həmçinin Pocket-Lint-in 2018-ci il üzrə ən yaxşı smartfonu adını alıb”, - Honor-da bildirilib.

Honor 10-un texniki özəllikləri:

Displey

IPS, 5,84'', 19:9, 2280x1080, 432 ppi

Prosessor

8 nüvəli HiSilicon Kirin 970 (4x 2,4 Qhz, 4 x 1,8 Qhz)

Video gücləndirici

Mali-G72 MP12

Əməli yaddaş

4/6 QB

Məlumatların saxlanması

64/128 QB UFS 2.0

Sim-kartlar və mobil rabitə

2х nano-SIM, DSDS

GSM 850/900/1800/1900 Mhz

UMTS 900/2100 Mhz

LTE (Cat. 13): 1, 3, 5, 7, 8, 19, 20

Simsiz interfeyslər

Wi-Fi 802.11 b/g/n/ac 

Bluetooth 4.2 (aptX HD, LE), NFC

Naviqasiya

GPS, A-GPS, GLONASS, BeiDou

Kamera

Əsas — ikili, 16 Mp (f/1,8)+24 Mp (f/1,8) (fleş, mərhələli avtofokus), ön — 8 Mp

Sensorlar

İşıqlandırma, hərəkət, yaxınlaşma ötürücüləri, mikrohiroskop, akselerometr, kompas

Birləşdiricilər

Micro-USB Type-C (2.0), mini-jack 3,5 mm

Akkumulyator

3400 mA/s, çıxarılmayan

Ölçülər və çəki

149,6 х 71,2 х 7,7 mm, 153 qram

Əməliyyat sistemi

Android 8.1 Oreo (EMUI 8.1 interfeysi)

 

Mənbə: 4pda.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR