Slimfit
  1. TEXNOLOGİYA

“HP Chromebook 15” noutbuku təqdim edilib

“HP Chromebook 15” noutbuku təqdim edilib
Sakura

“HP Chromebook 15” noutbuku təqdim edilib

"HP" istehsalçısı "Chrome OS" – "Google" şirkətinin masaüstü əməliyyat sisteminin idarəetməsi ilə işləyən noutbuk nümayiş etdirib. "Chromebook 15" adlanan modelin qiyməti 450 dollar təşkil edir.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, 15,6 düym diaqonallı sensor ekran 1080p təsvir ölçülü IPS matrisaya və nazik çərçivəyə malikdir. Bundan başqa, kompakt noutbukun korpusu bahalı modellərdə olduğu kimi, alüminiumdan hazırlanıb. Ekranın yuxarı hissəsində geniş baxış bucağına malik kamera quraşdırılıb.

Məlumata görə, "Chromebook 15" modeli iki "Bang&Olufsen" dinamiki, məlumatları 5 Qbit/saniyə sürətində ötürən iki "USB 3.1 Type-C" çıxışı, kənar monitorlar dəstəyi, eləcə də bir "USB 3.1 Type-A" portu ilə təchiz edilib.

Alıcılara qurğu ikinüvəli "Intel Pentium Gold 4417U" və ya səkkizinci nəsil "Intel Core i5" prosessoru ilə olmaqla iki modifikasiyada təklif olunur. 64 giqabayt tutumlu quraşdırılmış yaddaşı "MicroSD" yaddaş kartları ilə genişləndirmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR