Slimfit
  1. TEXNOLOGİYA

Huawei ağıllı eynəklərin yeni versiyasını satışa çıxardı

Huawei ağıllı eynəklərin yeni versiyasını satışa çıxardı
Sakura
:0

Huawei ağıllı eynəklərin yeni versiyasını satışa çıxardı

Huawei EyeWear Smart Glasses gözlüklərinin yeni versiyalarının satışına başlayıb. İlk modellər hələ sentyabr ayında əlçatan olsa da, o vaxt yalnız günəşdən qorunmaq üçün olan versiya təklif edilmişdi.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi Çin şirkəti görmə qabiliyyəti zəif olan insanlar üçün "ağıllı" eynəklər təklif etməyə başlayıb. EyeWear Smart Glasses-in bütün gözlükləri texniki cəhətdən bir-birindən fərqlənmir.

Xatırladaq ki, aksesuarların hazırlanması ilə Huawei və Gentle Monster-in gözlük və qulaqlıq hibridini yaradan mütəxəssisləri məşğul olublar.

Eynəklərdə proyeksiya linzaları və displey yoxdur, eynək smartfona Bluetooth vasitəsilə qoşulur. Yenilikdə stereodinamiklər, AI Bluetooth səs-küy azaldılması sistemi və batareya quraşdırılıb.

Huawei Smart Eyewear USB-C konnektoru vasitəsilə, həmçinin simsiz şəkildə enerji toplayır, lakin bunun üçün xüsusi üzlüyə yerləşdirilməlidir.

Danışıq və ya musiqi dinləmələrində eynək 150 dəqiqəyə qədər, gözləmə rejimində 20 saata qədər işləyə bilir.

Huawei Smart Eyewear Çində 280-dan 355 dollara qədər qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR