Slimfit
  1. TEXNOLOGİYA

Huawei Google xidmətlərini öz smartfonlarına qaytarmağa hazırdır

Huawei Google xidmətlərini öz smartfonlarına qaytarmağa hazırdır
Sakura

Huawei Google xidmətlərini öz smartfonlarına qaytarmağa hazırdır

Ens.az xəbər verir ki, Huawei artıq Google xidmətləri olmayan bir neçə smartfon modeli istehsal edib və bu, satışların azalmasına səbəb olmayıb. 2019-cu ilin yekunlarına əsasən, Huawei satış sayında Apple-i də üstələyərək yalnız Samsung-dan geri qalıb.

Ötən ilin dekabrında Huawei, öz HarmonyOS platforması əsasında smartfonlar istehsalına başlamağa və Android-dən tamamilə imtina etməyə hazır olduğunu elan etmişdi, ancaq indi şirkət rəhbərliyi fikirlərini bir qədər yumşaldıb.

Huawei-nin Avstriyadakı nümayəndəsi Fred Vanfey Vyanada keçirdiyi mətbuat konfransında ABŞ hakimiyyətinin güzəştə gedərək Amerikan şirkətlərinə Huawei ilə əməkdaşlığa davam etməyə icazə verəcəyi təqdirdə belə, təmsil etdiyi şirkətin Google xidmətləri və tətbiqlərini, o cümlədən Play Store, Gmail, Google Maps öz smartfonlarına qaytarmağı planlaşdırmadıqlarınnı söyləmişdi.

The Verge saytına verdiyi açıqlamada isə Huawei-in nümayəndəsi ifadələrinə düzəlişlər edib. O, şirkətin Google ilə əməkdaşlıq üçün hələ də açıq olduğunu qeyd edib, hətta baxmayaraq ki, Google Mobil Xidmətlərinin quraşdırıla bilməməsi onlar üçün kritik deyil və işlərinə heç bir təsir göstərməyəcəkdir.

Əsas seçimimiz GMS (Google Mobile Services) daxil olmaqla Android-in açıq ekosistemidir - bunlar bizə dünyanın ikinci böyük smartfon istehsalçısı olmağımıza imkan verdi.

Google və Huawei-nin əməkdaşlığına icazə veriləcəyinə inanıram, ancaq bu barədə məlumatı Google-dan dəqiqləşdirmək daha yaxşıdır. İndi biz HMS (Huawei Mobile Services) inkişaf etdiririk - və tətbiq hazırlayıcılarını bu layihəyə qoşulmağa dəvət edirik. Avropada bu xidmətlər böyük marağa səbəb oldu. Son beş ildə Android-in inkişafına böyük təsir göstərdiyimizi də vurğulamağa dəyər.

Huawei hələ də Android istifadə edə bilər. Mate 30 seriyalı və sonrakı modellərin smartfonları üçün şirkət Google Mobile Services-in vacib hissəsi olan mühüm API-lərin öz versiyasını yaratmışdır. Buna görə Huawei smartfonlarında bütün Google tətbiqlərinin tam analoqlarından istifadə edilə bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR