Ens.az
18 noyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Şahlar Hüseynov İsa oğlu

DOĞUM TARİXİ: 26/11/1968 VƏFAT TARİXİ: 10/04/1992

445 Baxış
Şahlar Hüseynov İsa oğlu

26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə doğma kəndlərində orta təhsilini rus dilində başa vurmuş və peşə məktəbinə daxil olaraq, sürücülük ixtisasına yiyələnmişdir. O, 1986-88-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Moskva şəhərində keçmişdir.

Qərbi Azərbaycanda yaşayan başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişdir. Ailə bir müddət evsiz-eşiksiz qaldıqdan sonra, nəhayət, Gəncə şəhərində məskunlaşmışdır. Şahlar Hüseynov ordudan tərxis olunaraq Gəncəyə - ailələrinin yanına gəlmişdir. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 saylı texniki-peşə məktəbinə vermişdir. 1991-ci ildə Gəncə Alüminium oksidi İstehsalat Birliyində çilingər işləməyə başlayır. Ş.Hüseynov 1992-ci ilin fevralında erməni quldurlarının Xocalıda törətdikləri faciəyə dözə bilməyib, könüllü olaraq Gəncə batalyonuna daxil olur. Şahlar sıravi döyüşçü kimi bir çox əməliyyatlarda fəal iştirak edir, düşmənin yerinin öyrənilməsində və məhv edilməsində müstəsna fəaliyyət göstərir. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə öndə gedir, təhlükəli anlarında yoldaşlarını xilas edirdi. Düşmənin növbəti hücumu 10 aprel 1992-ci ildə Marquşevan kəndinə olur. Erməni quldurlarının hərbi texnikası və canlı qüvvəsi sayca üstün idi. Buna baxmayaraq, onlar kəndi tuta bilmədilər, xeyli itki verib, geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Şahlar Hüseynov böyük şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Gəncə şəhərində adına küçə var.

 

Mənbə: Milliqahramanlar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X