Slimfit
  1. BİOQRAFİYA

İbn Sina

İbn Sina
Sakura

İbn Sina - Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri

İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış adı Avisenna; 980 - 1037) — Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri. Fars mənşəli olduğu ehtimal olunur. Ən etibarlı əsəri "Göz həkiminin dəftəri"dir.

Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı); Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s.

İbn Sina (Avisenna) uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Orta Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmrinin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin. Əmirin icazəsini alan cavan oğlan kitabxanada olan bütün kitabları oxuyur. Sonra atası İbn Sinaya elm öyrətmək üçün müəllim tutur. XI əsrdə Buxara xanlığının görkəmli müəllimləri İbn Sinaya dərs verməkdən yayınırlar, İbn Sinanın müəllimlərinə verdiyi sualların əksəriyyətinə cavab tapa bilmədiklərindən ona müəllimlik etməkdən imtina edirdilər. Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur.

17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur.

18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. İslamı şeyxlərdən daha gözəl bilən və artıq islama qarşı gələn alimin çoxlu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Elmi işinin ən qızğın çağında İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilmişdi. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək oranı zəbt etmiş, İbn Sinanı azad edib İsfahana aparmışdı. Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qaçmışdı.

İbn Sina qalan 10 və ya 12 il Əbu Cəfərin xidmətində qaldı. Burada həkim , bir elmi məsləhətçisi kimdə işlədi və hətta döyüşlərdə iştirak etdi. Bu illərdə ədəbiyyat və filologiya ilə də məşğul oldu. Həmədan səfərindən sonra şiddətli bir xəsədliyə tutuldu. Həmədandan gə

ldikdən sonra ona verilən müalicəni yerinə yetirmədi və özünü talehin qismətinə buraxdı. Ölüm ayağında olarkən malları əhaliyə payladı , qulları azad etdi və hər üç gündən bir Quran oxudu. O, 1037-ci ilin Ramazan ayında 57 yaşında öldü. Qəbri Həmədan şəhərindədir.

Onun tibb ensiklopediyası (4 cildlik), müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.

"Təbabət elminin qanunu" - (5 cildlik) XII yüzil-likdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır:

  • 1) Qidaya;
  • 2) geyimə;
  • 3) burun vasitəsilə düzgün nəfəs almağa;
  • 4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa;
  • 5) xasiyyətini tarazlamağa;
  • 6) bədənini "lazımsız tullantılardan" təmizləməyə;
  • 7) fiziki və əqli aktivliyə.

Onun bu xarakteristikası günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini heç də itirməmişdir. İbn Sina tibb aləmində ilk psixodiaqnostik olmuşdur. Nəbzə görə xəstənin müayinəsi onun qeyri-adi istedadından xəbər verir. İnsanda vegetativ dəyişikliklərə uyğun insan beyninin vəziyyəti, psixoloji durumu ona bir çox şeyi xəbər verirdi. Sanki sonralar onun bu elmi nailiyyətindən istifadə edərək müxtəlif eksperimentlər aparılmış və "yalan detektoru" kimi aparatlar kəşf olunmuşdur.

İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə deyirdi: "Məni yaradan, məni mən tək idarə etməkdə gücsüzdür, bu xəstəliyi müalicə etmək əhəmiyyətsızdır". Şagirdi onun resepti ilə dərmanı düzgün hazırlamır və 57 yaşlı böyük alim mədə xorasının deşilməsindən dünyasını dəyişir. 1037-ci il 18 iyunda Həmədanda dəfn edilir. 1954-cü ildə onun mavzoleyi açılır.

Fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, tibb və musiqi kimi bilik və bacarığının müxtəlif sahələrində seçilən İbn Sina, riyaziyyat elmində riyazi terminlərin tərifi; astronomiya sahəsində isə həssas müşahidələrin aparılması mövzuları ilə maraqlanmışdır.

Astrologiya və əlkimyaya etibar etməyib Dəyişilmə nəzəriyyəsinin doğru olub olmadığını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə, hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.

İbn Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya, biri cismə müqavimət digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi.

İbn Sina, bu zidd vəziyyəti sezmiş, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil.

İbn Sina, hər şeydən öncə həkimdir və bu sahədəki tədqiqatları ilə məşhurdur. Tibblə əlaqəli bir çox əsər qələmə almışdır; bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar diqqətə layiqdir. Ancaq İbn Sina dedikdə, onun adı ilə bütünləşmiş və Qərb ölkələrində 16-cı əsrin və Şərq ölkələrində isə 19-cu əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmiş "Əl Qanun fit Tibb" adlı əsəri yadımıza düşür.

Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı, anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlar verilmişdir.

İbn Sinanın bu əsəri araşdırıldıqda, mövzuları sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən İbn Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın vacibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yuxarı olduğu üçün dəbdə olmayan cərrahi müalicə ilə əlaqəli nümunələr vermiş və əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir.

Göz ilə də maraqlanmış İbn Sina, dövrünün seçilən fiziklərindən İbn əl-Haytəm kimi, Göz-Şüa Nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının xaricə çıxması, davamlı ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar vermişdir.

Rübailər
Kəlamlar 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR