Slimfit
  1. İDMAN

İdmançılarımız Parisdə “Karate 1” Premyer Liqa turnirində iştirak edəcəklər

İdmançılarımız Parisdə “Karate 1” Premyer Liqa turnirində iştirak edəcəklər
Sakura

İdmançılarımız Parisdə “Karate 1” Premyer Liqa turnirində iştirak edəcəklər

Böyüklərdən ibarət karate üzrə milli komandamız 24 - 26 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk “Karate1” Premyer Liqa turnirində iştirak edəcək.

Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, Azərbaycanı turnirdə 12 idmançı və 3 nəfərlik kata komandası təmsil edəcək.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyevlə Rəşad Hüseynov, eləcə də qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.

Qeyd edək ki, Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə "Grand Winners" mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançılarıi Rafael Ağayevlə (-75 kq) İrina Zaretska (-68 kq) da var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR