Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MARAQLI

“İkinci nəfəs” doğrudan da mövcuddurmu?

“İkinci nəfəs” doğrudan da mövcuddurmu?

95 Baxış
“İkinci nəfəs” doğrudan da mövcuddurmu?

Ciddi yüklənmələrin yerinə yetirilməsi zamanı (məsələn: fiziki məşqlər, uzun yolda səfər, sessiyaya hazırlıq) insan çox yorğun olduğunu hiss edə bilər, sonra qəflətən əzələlərində yüngüllük, zehin aydınlığı yarana bilər. Bu fenomeni bir çoxları “ikinci nəfəs” kimi xarakterizə edir. Həkimlər əmindirlər ki, bu termin tam əsaslıdır və həqiqi fizioloji izaha sahibdir. Bəs “ikinci nəfəs” nədir və onu həkimlər necə izah edirlər?

Bu suala “Medinsentr” klinik-diaqnostik mərkəzin müalicəvi fizioterapiya şöbəsinin müdiri, yüksək kateqoriyalı reabilitoloq-həkim Aleksandr Sibilev cavab verir:

- “İkinci nəfəs”, - intensiv fiziki yüklənmə zamanı güclü yorğunluqdan sonra fiziki iş qabiliyyətinin əhəmiyyətli artımı ilə müşahidə olunan fizioloji təsirdir. 

Orqanizm enerjini qida maddələrindən sintez olunan adenozintrifosfat maddəsini parçalayaraq alır. Sintez ya oksigen (aerob yüklənmə), ya da onun iştirakı olmadan (anaerob yüklənmə) baş verir. Orqanizm üçün daha təbii və effektiv olan aerob fiziki yüklənmədir (daha uzun məsafələrə qaçış, gəzinti, üzgüçülük, xizək sürmə və s.). Amma əgər oksigen təyin olunan yerə vaxtında çatmırsa (bu, bodibildinq, sprint kimi anaerov intensiv fiziki gərginlik zamanı baş verir), yorğunluq, ağrı və əzələlərdə yorğunluqla müşayiət olunan qlükozanın oksidləşməsi və süd turşusunun yorğunluğu baş verir. Bu anda artıq yükün nəticəsində orqanizmin daxili proseslərinin biokimyəvi yenidən qurulması baş verir və nəticədə orqanizmdə əvvəllər buraxıldığından daha çox enerji ayrılır. Məhz bu təsir “ikinci nəfəs” adlanır. 

Bu fenomen çox vaxt yüklənməyə öyrəşməyən insanlarda müşahidə olunur və əzələlər onlara yüklənən yükləri yerinə yetirməyə hazır olmadığı haqqında sirnallar verir. Onların daha dözümlü olması üçün əzələləri tez-tez məşq etdirmək lazımdır. Hazırlıqsız insanlarda açılan “ikinci nəfəs” zamanı heç nə etmək lazım deyil - həyat üçün təhlükəli deyildir.


Müəllif: Famil Ələkbərov


Mənbə: Aif.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X