Slimfit
  1. SİYASƏT

İlham Əliyevdən Paşinyana sərt sözlər

İlham Əliyevdən Paşinyana sərt sözlər
Sakura

İlham Əliyevdən Paşinyana sərt sözlər

Xəbər verdiyimiz kimi, bu gün Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Bundan başqa o, Laçın yolunun Azərbaycan tərəfindən bağlandığını idda edib.

“Qafqazinfo”nun məlumatına görə, həmin iclasda qonaq qismində qatılan Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın bu iddialarını cavabsız qoymayıb:

“Əlbəttə, mən burada diskusiya açmaq istəmirəm. Amma bizim Ermənistana qarşı ərazi iddialarımızın olması səsləndi. Demək istəyirəm ki, belə bir iddiamız yoxdur. Doğrudan da, zəngin fantaziyaya sahib olmalısan ki, mənim sözlərimdə bu ifadələri tapasan. Mən dəhliz sözündən istifadə etdim. Dəhliz sözü heç kimin ərazisinə bais olmaq kimi niyyəti özündə ehtiva etmir. Düşünürəm ki, beynəlxalq terminalogiyada bu söz istifadə olunursa, o sözə həmin o Ermənistan Baş nazirinin qoyduğu mənanı hər halda daxil etməyiblər. Düşünürəm ki, Vladimir Putinin də dediyi kimi, bu gün sülh sazişinin imzalanması üçün şərait var. Onu da nəzərə alaq ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi artıq tanıyıb.

Ermənistanın Baş nazirinin sözlərində yenə də ittiham səsləndi. Amma fikir verdinizsə, mən öz çıxışımda heç bir ittiham sözündən istifadə etməmişəm. Amma mən bunu belə qoya bilmərəm. Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan-Azərbaycan sərhədində hansını ki, siz tanıyırsınız, beynəlxalq normalara uyğun olaraq sərhəd-keçid mənqətəsi qurulub. O da Rusiya sülhməramlılarının postuna yaxın yerdə yerləşir. Bu sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistan milliyyətli olan Azərbaycan vətəndaşları rahatlıqla Ermənistan istiqamətində keçə bilirlər. Heç bir maneə yaradılmır. Eyni zamanda, Qırmızı Xaç vasitəsilə nəql olunan xəstələrin, Xankəndi şəhərindən gələn təcili tibbi yardım maşınlarının qarşısı alınmır. Hər bir normal insan bunu görə bilər. Düşünmürəm ki, bu tribunadan əssasız ittihamları səsləndirmək üçün istifadə etmək lazımdır. Əgər çıxışıma diqqətlə qulaq assaydınız, mən dedim ki, Azərbaycan Zəngəzur dəhlizinin təşəbbüskarı olmuşdur. Bu, bizim hüququmuzdur. Nəyi istəyirik, onun da təşəbbüskarı oluruq. Biz düşünürük ki, bu, ağılabatandır. Yeri gəlmişkən, Rusiya və Ermənistan-Azərbaycan arasında olan münasibətlərin tənzimlənməsi ilə məşğul olan tərəflər bununun tərəfdarıdır”. 

Prezidentin çıxışından sonra Paşinayan cavab tapmaqda çətinlik çəkib. O bildirib ki, ilk dəfədir Rusiyanın bu layihəni dəstəklədiyini eşidir. 

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR