Slimfit
  1. MEDİA

İLİN 10 AYI ƏRZİNDƏ ƏHALİ ABONENTLƏRİNİN 90 %-DƏN ÇOXU QAZDAN GÜZƏŞTLİ LİMİT DAXİLİNDƏ İSTİFADƏ EDİB

İLİN 10 AYI ƏRZİNDƏ ƏHALİ ABONENTLƏRİNİN 90 %-DƏN ÇOXU QAZDAN GÜZƏŞTLİ LİMİT DAXİLİNDƏ İSTİFADƏ EDİB
Sakura

İLİN 10 AYI ƏRZİNDƏ ƏHALİ ABONENTLƏRİNİN 90 %-DƏN ÇOXU QAZDAN GÜZƏŞTLİ LİMİT DAXİLİNDƏ İSTİFADƏ EDİB

2020-ci ilin 10 ayının iqtisadi göstəricilərinə görə noyabr ayının birinə olan məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 223 599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR