Slimfit
  1. İDMAN

İngiltərə Premyer Liqasında antirekorda imza atan klub baş məşqçisini qovub

İngiltərə Premyer Liqasında antirekorda imza atan klub baş məşqçisini qovub
Sakura

İngiltərə Premyer Liqasında antirekorda imza atan klub baş məşqçisini qovub

İngiltərə Premyer Liqasında çıxış edən “Haddersfild” klubu baş məşqçisi David Vaqneri istefaya göndərib.

Report” Uest-Yorkşir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Vaqner özü mövsümün sonuna qədər postunda qalmaq istəsə də, klubun sahibi Din Hoyl bununla razılaşmayıb.

Komandanı XXIII turda “Mançester Siti” ilə görüşə “Haddersfild”in sabiq oyunçusu Mark Hadson hazırlayacaq.

Qeyd edək ki, “Haddersfild” hazırda 11 xalla sonuncu pillədədir. Tarixi ərzində Premyer Liqada ikinci mövsümünü keçirən klub indiyə qədər keçirdiyi 60 oyundan 31-də qol vura bilməməklə antirekorda imza atıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR