Slimfit
  1. ELM

İnsan gözündən daha üstün elektron linzalar hazırlanıb

İnsan gözündən daha üstün elektron linzalar hazırlanıb
Sakura

İnsan gözündən daha üstün elektron linzalar hazırlanıb

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək, obyektlərin şəkillərini insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

TED.az xəbər verir ki, linza süni əzələlərin bərkidildiyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri isə təxminən 1 sm-dir.

Yeni linza kiçik ölçülü nanostrukturların köməyilə görünən işığın bütün spektrini bir nöqtədə toplaya bilir. Bu, ona eynilə insan gözündə olduğu kimi, real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.

Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır. Ehtimal olunur ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR