Slimfit
  1. MARAQLI

İnsanı 10 yaş cavanlaşdıra biləcək məhsullar açıqlandı

İnsanı 10 yaş cavanlaşdıra biləcək məhsullar açıqlandı
Sakura

İnsanı 10 yaş cavanlaşdıra biləcək məhsullar açıqlandı

Tibb işçiləri insanı 10 yaş cavanlaşdıra biləcək məhsulları açıqlayıb. Mütəxəssislər əmindir ki, düzgün seçilmiş qida rasionu gözəllik və sağlamlığın rəhndir.

Qafqazinfo”nun “MedikForum”a istinadən bildirir ki, ekspertlər cavanlaşmaya kömək edən səkkiz məhsulun adını açıqlayıb. Bir qayda olaraq, onların hamısının tərkibində faydalı mikroelementlər var. Siyahıda ilk yeri tünd şokolad tutub. O, dərinin vəziyyətində yaxşı təsir edən flavonid və antioksidantlarla zəngidir. İkinci yerdə tərkibində polifenol və kollaqen olan yaşıl çay qərarlaşıb.  

Bundan əlavə, mütəxəssilər hesab edir ki, kofe də orqanizmin vəziyyətinə müsbət təsir göstərə bilər. Onların sözlərinə görə, onun tərkibində olan birləşmələr dərini melanomadan qorumaqda kömək ola bilər.  Lakin, tibb işçiləri qeyd edir ki, burada içkinin keyfiyyəti böyük önəm kəsb edir.

Ekspertlər deyir ki, cavanlığını qorumaq istəyənlər avokado, pomidor, qara qarağat və qarpıza üstünlük verməlidir. Avokado sellüloza, kalium və yağ turşuları ilə, pomidor isə likopinlə zəngindir. Qara qarağatında da tərkibində çoxlu vitamin var. O, dərini daha hamar və hətta ağarda bilər. Bir də, tibb işçiləri deyir ki, rasiona balıq, xüsusi ilə də omeqa-3-lə zəngin olan qızıl balığı əlavə etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR