Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnsanı kökəldən xəstəliklər – Arıqlaya bilmirsizsə

İnsanı kökəldən xəstəliklər – Arıqlaya bilmirsizsə
Sakura

İnsanı kökəldən xəstəliklər – Arıqlaya bilmirsizsə

İnsan var ki, aktiv hərəkət etsə də, az yesə də, normal qidalansa da, dieta saxlasa da arıqlamır, əksinə piy kütləsi artır. Bəzi xəstəliklər var ki, orqanizmdə piylənmə yaradır.
 
Bu zaman köklükdən yaxa qurtarmaq üçün birinci bu xəstəlikləri müalicə etdirmək lazımdır.
 
Medicina.az sizi kökəldən xəstəliklərin siyahısını təqdim edir:
 
1.Hipotireoz
 
Sürətlə çəki artımı bu qalxanvari vəz xəstəliyinə xasdır. Vəzi öz hormonlarını az hasil edir, hormon çatışmazlığı başlayır. Saçlar tökülür, iştah artır, yuxululuq, yorğunluq və hər gün çəki artımı. 
 
Əgər bu varsa, endokrinoloqa gedib, yoxlanmalısız.
 
2.Klimakterik piylənmə
 
Menopauza müddətində hormonlar lazımi səviyyədə hasil olmur. Metobolizm yavaşıyır, xüsusən bel, qarın nahiyədə piylənmə başlayır. Bəzi həkimlər bu piy ehtiyatının klimaksda olan qadınlar üçün faydalı olduğunu da bildirir.
 
3.Böyrəküstü vəzilərin patologiyası
 
Böyrəküstü vəzilərin fəaliyyətinin pozulması, kortizol hormonunun çox hasil olması əzələ kütləsini zəiflədir, piy qatını artırır. Buxaq, bel, qarında, yanlarda kökəlmə baş verir. 
 
4.Piylənmə qadınlarda yumurtalıq kistlərində, eləcə də insulin dirənci zamanı, II tip diabetə doğru getdikdə də artır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR